Azərbaycanda həkimlərin peşə məsuliyyətinin sığortası üzrə xarici təcrübə öyrənilir

azerbaycanda hekimlerin pese mesuliyyetinin sigortasi uzre xarici tecrube oyrenilir

Azərbaycan Sığortaçılar Assosiasiyası İctimai Birliyinin (Birlik) təşkilatçılığı ilə Həkimlərin peşə məsuliyyəti sığortası üzrə işçi qrupunun görüşü keçirilib.

 

Assosiasiyadan "APA-Economics"ə verilən məlumata görə, görüşdə Birliyin sədri Mustafa Abbasbəyli, Birliyin sədr müavini və digər nümayəndələri, “A-Qroup Sığorta” Şirkətinin İdarə Heyətinin sədr müavini, “Atəşgah Sığorta” Şirkəti, “AXA MBASK Sığorta” Şirkəti, “PAŞA Sığorta” Şirkətinin nümayəndələri və sahə üzrə mütəxəssislər, həmçinin, “Caspian Legal Center” hüquq şirkətinin nümayəndələri iştirak edib.

 

Görüş zamanı həkimlərin peşə məsuliyyəti sığortasını icbari qaydada tətbiq edən ölkələrin təcrübəsi Birlik tərəfindən təqdimat edilib. Təqdimat zamanı həkimlərin peşə məsuliyyəti sığortasını icbari qaydada tətbiq edən ABŞ, Avropa ölkələri, İsveç, Türkiyə, Sinqapur və Hindistan və s. ölkələrin təcrübəsinə əsaslanan məlumatlar verilib və daha sonra təqdimat geniş şəkildə müzakirə edilib.

 

Görüş iştirakçıları beynəlxalq təcrübə əsasında uyğun modelin müəyyən edilməsi və onun yerli şəraitə uyğunlaşdırılaraq Azərbaycanda həkimlərin peşə məsuliyyəti sığortasının icbari tətbiqinin zəruriliyini qeyd ediblər.

 

Görüşün yekununda bu sahədə işlərin davam etdirilməsi, beynəlxalq təcrübə əsasında uyğun modelin hazırlanması, həmçinin, bu istiqamətdə müvafiq addımların atılması qərara alınıb.

 

Xatırladaq ki, Birlik tərəfindən həkimlərin peşə məsuliyyəti sığortası üzrə işçi qrupunun daha əvvəl iki görüşü keçirilib və bununla əlaqədar müzakirələr aparılmışdır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 21 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azmiu nun muellimlerine kembric universitetinin sertifikatlari verilib
    AzMİU-nun müəllimlərinə Kembric Universitetinin sertifikatla...
  • azerbaycan ve serbiya prezidentlerinin genis terkibde gorusu olub
    Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüş...
azerbaycan ve serbiya prezidentlerinin genis terkibde gorusu olub azerbaycan ve serbiya prezidentlerinin genis terkibde gorusu olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273