Azərbaycanda orta aylıq əmək haqqı 4% artıb

azerbaycanda orta ayliq emek haqqi 4 artib

2018-ci il iyunun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,3 faiz artaraq 1 mln. 545,4 min nəfər olmub, onlardan 886,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 658,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, muzdla işləyənlərin 21,5 faizi təhsil, 18,9 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 13,2 faizi sənaye, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, 7 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi maliyyə və sığorta fəaliyyəti, 11,2 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.

 

2018-ci ilin yanvar-may aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4 faiz artaraq 541 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda enerjisi techizati sahesinde yeni qaydalar mueyyen edilecek
    Azərbaycanda enerjisi təchizatı sahəsində yeni qaydalar müəy...
  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272