Azərbaycanda qeyri-neft sektoruna investisiyalar 68% artıb

azerbaycanda qeyri neft sektoruna investisiyalar 68 artib

Bu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş 960,3 mln. manat vəsaitin 362,7 mln. manatı və ya 37,8%-i qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən illə müqayisədə 68% artıb.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, ümumi sərmayənin 72,4%-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilmiş, istifadə olunmuş vəsaitin 83,5%-i məhsul istehsalı obyektlərinin, 11%-i xidmət sahələri üzrə obyektlərin, 5,5%-i isə ümumi sahəsi 121,0 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 52,1%-ni təşkil edib.

 

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 81,4%, bank kreditləri 6,7%, büdcə vəsaitləri 6,1%, əhalinin şəxsi vəsaitləri 5,2%, büdcədənkənar fondların vəsaitləri isə 0,6% təşkil edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
Video
08:24 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tehsil nazirliyinin hesabat tedbiri kecirilib
    Təhsil Nazirliyinin hesabat tədbiri keçirilib
  • eli ehmedov azerbaycanda telebelerin sayi dunya gostericisinden asagidir
    Əli Əhmədov: "Azərbaycanda tələbələrin sayı dünya göstəricis...
eli ehmedov azerbaycanda telebelerin sayi dunya gostericisinden asagidir eli ehmedov azerbaycanda telebelerin sayi dunya gostericisinden asagidir +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267