Bank sektorunda informasiya texnologiyalarına 300 mln. manat vəsait xərclənib

bank sektorunda informasiya texnologiyalarina 300 mln manat vesait xerclenib

"Azərbaycanın bank sektorunda informasiya texnologiyalarının tətbiqi üçün təqribən 300 milyon manat vəsait ayrılıb".

 

"APA-Economics" xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə keçirilən "Maliyyə Texnologiyalarında Yeni Trendlər: Blokçeyn, Kriptovalyutalar və Təhlükəsizlik mövzusunda" forumda Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

 

"Bildiyimiz kimi, yaşadığımız dövr informasiya texnologiyalarının inkişafı və bu texnologiyaların həyatımızın bütün sferalarında geniş tətbiqi ilə xarakterizə olunur. İqtisadiyyatda formalaşan yığımları, investisiyaları transformasiya etmək, ödəniş sistemlərinin effektiv fəaliyyəti ilə məşğul olmaq kimi mühüm makroiqtisadi funksiyaları öz üzərinə götürən, iqtisadi inkişafa əhəmiyyət verən yüksək institusionallaşması ilə seçilən bank sferası və maliyyə bazarları informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət verir", - deyə Z.Nuriyev vurğulayıb.

 

Onun sözlərinə görə, ABA-nın hesablamalarına görə, 5 il ərzində Azərbaycanda bank sektoru və maliyyə bazarlarında informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət verilib: "Bank sektorunda texnologiyaların tətbiqinə təqribən 300 milyon manat xərclənib. Bu vəsaitlərin 8,9 faizi yeni proqram təminatlarının alınmasına yönəldilib,  16,4%-i proqram təminatı və hesablanması, 16 faizi rabitə xərcləri, 15,3 faizi server və şəbəkələrə xərclənib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:05 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn denizden meyiti tapilan sexslerin kimliyi mueyyenlesib
    FHN: Dənizdən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib...
  • los ancelesde adr in 100 illiyi qeyd olunub
    Los Ancelesdə ADR-in 100 illiyi qeyd olunub
los ancelesde adr in 100 illiyi qeyd olunub los ancelesde adr in 100 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276