Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları ödəniş əsasında veriləcək

belediyyelere dasinmaz emlakin dovlet reyestrinin melumatlari odenis esasinda verilecek

Bu gün Milli Məclisin plenar iclasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

 

"APA-Economics" xəbər verir ki, layihəyə əsasən bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında veriləcək.

 

Bununla bağlı qanunun 5-1.1-ci maddəsinə "Bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və ödəniş əsasında verilir" məzmununda cümlənin əlavə edilməsi təklif edilir.

 

Qeyd edək ki, bələdiyyələr tərəfindən binalar üzrə yerli vergilərin hesablanması həmin binaların (tikililərin) mülkiyyətçiləri və onların texniki göstəriciləri barədə məlumatların əldə olunmalarını zəruri edir.

 

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun 5.1-1-ci maddəsinə görə, qanunda nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar bələdiyyələrə daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verildiyi nəzərdə tutulsa da, Tarif (qiymət) Şurasının 2009-cu il 31 iyul tarixli 4 nömrəli qərarı ilə dövlət reyestrindən bu cür məlumatların əldə edilməsinə görə 10 manat məbləğində ödəniş müəyyən olunub.

 

"Vergiqoyma obyektlərinin böyük əksəriyyətini az miqdarda vergisi olan yaşayış sahələri təşkil etdiyini nəzərə alaraq, dövlət informasiya sistemində saxlanılan məlumatın əldə olunması üçün 10 manat kimi yüksək məbləğin tələb olunması bələdiyyələrin fiziki şəxslərdən yerli vergilərin qanunla müəyyən olunmuş qaydada hesablanması yığılması işini əhəmiyyətli dərəcədə çətinləşdirir. Yuxarıda deyilənləri nəzərə alaraq, “Daşımaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 5.1-1-ci madəsinə ikinci cümlənin əlavə olunması təklif olunur", - deyə qanun layihəsində vurğulanıb.

 

Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olunub. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

14:10 21 İyun
Video
08:24 21 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • dsx iranla serhedde bas vermis silahli insident barede melumat yayib yenilenib
    DSX İranla sərhəddə baş vermiş silahlı insident barədə məlum...
  • tehsil nazirliyinin hesabat tedbiri kecirilib
    Təhsil Nazirliyinin hesabat tədbiri keçirilib
tehsil nazirliyinin hesabat tedbiri kecirilib tehsil nazirliyinin hesabat tedbiri kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9658
 
RR
0.0267