BP Səngəçal terminalı ilə nəql olunan neft və qazın həcmlərinin açıqlayıb

bp sengecal terminali ile neql olunan neft ve qazin hecmlerinin aciqlayib

Bu ilin 1-ci rübü ərzində “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib.

 

Yataqların işlənilməsinin operatoru “BP-Azerbaijan” şirkətindən “APA-Economics”ə verilən məlumata görə, terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və “Şahdəniz” qazı üçün təqribən 30 mln. standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 50 mln. standart kubmetrdir.

 

1-ci rüb ərzində terminal üçüncü tərəf həcmləri də daxil olmaqla təqribən 71 mln. barel neft və kondensat, o cümlədən təqribən 63 mln. barel Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 8 mln. barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 0,4 mln. barel ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edib.

 

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini “Azəriqaz” İstehsalat Birliyinin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

 

Rüb ərzində terminaldan həmçinin gündəlik orta hesabla 30 mln. standart kubmetr (təqribən 1,1 mlrd. standart kubfut) “Şahdəniz” qazı ixrac edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027