BVF: Dedollarizasiya manata inamın bərpasından sonra mümkün olacaq

bvf dedollarizasiya manata inamin berpasindan sonra mumkun olacaq

"Azərbaycanda dollarlaşmanın səviyyəsinin aşağı düşməsi yalnız manata olan etibarın bərpasından sonra mümkün olacaq".

 

"APA-Economics" xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya departamentinin direktoru Cihad Azur bu gün Bakıda keçirdiyi mətbuat konfransında bildirib.

 

"Yalnız manata etibar təmin olunduğu təqdirdə, dollarlaşmanın səviyyəsi aşağı düşəcək. Dollarlaşmanın səviyyəsini aşağı salmaq üçün isə bir neçə tədbir görmək lazımdır. İlk növbədə güclü və möhkəm makro-iqtisadi çərçivə, büdcə kəsiri aşağı, Mərkəzi Bankın valyuta ehtiyatları yüksək olmalıdır. Əhalidə inam yaranmalıdır ki, onlar öz əmanətlərini yerli valyutada yerləşdirdikdə əldə etdikləri gəlir əmanətlərini xarici valyutada yerləşdirənlərlə müqayisədə az olmayacaq. Məndə olan məlumata görə, ölkədə əmanətlərə tam zəmanət də verilir. Bu baxımdan dollarlaşmanın səviyyəsini aşağı salmaq yalnız iqtisadiyyatı yox, eləcə də bank sistemini möhkəmləndirəcək. Buna görə, bank sistemində restrukturizasiya davam etdirilməli, yeni hüquqi aktlar qəbul edilməlidir ki, bankların stabilliyi təmin edilsin", - deyə departament rəhbəri qeyd edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
09:11 17 İyul
08:57 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ruminiya azerbaycanlilari birliyi yaradilib
    Rumıniya Azərbaycanlıları Birliyi yaradılıb
  • yeni sefir rusiya azerbaycan munasibetleri yukselisdedir
    Yeni səfir: “Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir”...
yeni sefir rusiya azerbaycan munasibetleri yukselisdedir yeni sefir rusiya azerbaycan munasibetleri yukselisdedir +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273