“Deloitte” Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə həsr olunmuş konfrans keçirib

"Deloitte” şirkəti Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə həsr olunmuş konfrans keçirib. 

 

APA-Economics”in məlumatına görə, konfransda Vergilər Nazirliyi tərəfindən Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva və Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi departamentinin baş direktoru Zaur Fəti-Zadə iştirak edib.

 

“Deloitte” şirkəti tərəfdən idarəedici partnyor Nuran Kərimov və Vergi və Hüquq departamentində direktor Emil Qarayev Vergi Məcəlləsinə son dəyişikliklərə dair təqdimatla çıxış edib

.

Konfransda neft-qaz, ticarət, ictimai iaşə, bank-sığorta, tikinti, nəqliyyat, rabitə və digər müxtəlif sahələri təmsil edən 100-dən artıq nümayəndə iştirak edib. Tədbir zamanı natiqlər konfrans iştirakçılarının suallarını interaktiv formada cavablandırmaqla yanaşı, edilmiş dəyişikliklər ilə qarşıya qoyulan məqsədlər, hökumətin bu dəyişikliklərin tətbiqi ilə bağlı gözləntiləri və təcrübi yanaşması ilə bağlı fikir mübadiləsi aparılıb.

 

“Deloitte bizim regionda biznes icması ilə hökumət arasında effektiv əməkdaşlıq aparmaq üçün platforma yaratmaq məqsədini güdür.  Mən əminəm ki, bu qəbildən olan tədbirlər Azərbaycanda vergi orqanları və vergi ödəyiciləri arasında açıq dialoqun inkişafına təkan verir”, - deyə Deloitte Azərbaycanın idarəedici partnyor Nuran Kərimov bildirib.

 

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru Samirə Musayeva bildirib ki, təmsil etdiyi qurum biznes mühitin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir: “Vergi mühitinin liberallaşdırılması, vergi qanunvericiliyinin və vergi inzibatçılığının təkmilləşdirilməsi həyata keçirilən vergi islahatlarının tərkib hissəsi olub və bundan sonra da ölkədə işgüzar mühitin cəlbediciliyinin artırılmasına və sahibkarlığın inkişafına xidmət edəcək”.

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
12:26 22 Mart
10:23 22 Mart
20:11 21 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycan nefti ucuzlasib
    Azərbaycan nefti ucuzlaşıb
  • bu il gurcustandan azerbaycana 122 avtomobil getirilib
    Bu il Gürcüstandan Azərbaycana 122 avtomobil gətirilib
bu il gurcustandan azerbaycana 122 avtomobil getirilib bu il gurcustandan azerbaycana 122 avtomobil getirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ