DGK: Avropa ilə yüklərin daşınmasına sərf olunan müddət azalacaq

dgk avropa ile yuklerin dasinmasina serf olunan muddet azalacaq

Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində keçirilən milli seminar bu gün işini davam etdirib.

 

Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, "Dövlət Gömrük Komitəsinə ümumi tranzit proseduru və mallarla ticarətdə sənədləşmənin sadələşdirilməsi konvensiyalarına üzv olma, eləcə də Avropa Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminə (NCTS) qoşulmaya hazırlıq prosesində dəstək" mövzusunda təşkil olunan seminarın bugünkü iclasına biznes subyektləri cəlb edilib.

 

Xatırladaq ki, məqsəd seminar iştirakçılarını Ümumi Tranzit Proseduru haqqında Konvensiyanın üzv dövlət tərəfindən tətbiqi üçün əsas qaydalar barədə məlumatlandırmaqdır.

 

İclasda çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Şahin Bağırov Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri üzərində yerləşən Azərbaycanın tranzit potensialının artırılması istiqamətində görülən işlər barədə məlumat verib, ötən ilin dekabrında ölkənin Yeni Kompüterləşdirilmiş Tranzit Sistemində qeyri-formal müşahidəçi statusu əldə etdiyini diqqətə çatdırıb. Sistemin faydaları barədə danışan Komitə sədrinin müavini bildirib ki, tam üzvlük statusu əldə olunduqdan sonra Avropa ilə ticarət zamanı sərhəd keçmə prosesi asanlaşacaq və yüklərin daşınmasına sərf olunan müddət azalacaq.

 

Tədbirdə ekspert qismində iştirak edən Slovakiya Respublikası Maliyyə Direktorluğunun Gömrük Bölməsinin direktor müavini Marian Çodak Azərbaycana səfərindən və Dövlət Gömrük Komitəsilə önəmli bir layihə çərçivəsində əməkdaşlıq etməkdən məmnunluq duyduğunu bildirib. Marian Çodak seminar zamanı nümayiş etdiriləcək təqdimatlar, sistemin əhəmiyyəti barədə də məlumat verib.

 

Seminarda Slovakiya Respublikası Maliyyə Direktorluğunun Gömrük Bölməsinin direktor müavini Marian Çodak və Slovakiya Respublikası Maliyyə Direktorluğunun Gömrük Bölməsinin NCTS üzrə mütəxəssisi Miroslav Bujna tərəfindən iştirakçılara əsas tranzit prosedurları - coğrafi əhatə dairəsi, tranzit gömrük prosedurunun məqsədləri, tranzit proseduru zamanı sadələşdirmələr, tranzit prosedurunun həyata keçirilməsi, NCTS-də elektron prosedurlar və digər mövzular barədə bilgi veriləcək, onları maraqlandıran suallar cavablandırılacaq.

 

Seminar bu gün başa çatacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267