"DoctorAgro" və "Gilan Pivot" "CaspianAgro" sərgisində iştirak edirlər

“Gilan Holding”-ə daxil olan “Gilan Pivot” MMC və “Aqrokimya Azərbaycan” MMC-nin “DoctorAgro” ticarət nişanı 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində (CaspianAgro) iştirak edirlər.

 

“Gilan Pivot” və “DoctorAgro”nun stendlərində ziyarətçilər Azərbaycanda istehsal olunan pestisidlərin müxtəlif növləri və müasir pivot suvarma sistemləri ilə tanış olub, onlar haqqında ətraflı məlumat alırlar.

 

Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Aqrokimya Azərbaycan” MMC Az­ərbaycanın ilk və­ yeganə pestisid istehsalçısıdır. Müasir texnologiyaların tətbiqinə əsaslanan zavodun fəaliyyətində əsas məqsəd aqrar sektorun bitki mühafizəsi vasitələrinə olan tələbatını yüksək səviyyədə təmin etməklə idxalın əvəzlənməsinə, eləcə də gələcəkdə ixrac imkanlarına nail olmaqdır.

 

Neftçala Sənaye Məhəlləsinin ərazisində yerləşən “Gilan Pivot”un istehsal etdiyi pivot sistemləri hal-hazırda suvarma sahəsində ən qabaqcıl texnologiyalardan biridir. Onların tətbiqi nəticəsində əkin sahələri daha geniş miqyasda suvarılır və məhsuldarlıq qısa müddət ərzində ciddi şəkildə artırılır.

 

16-18 may tarixlərində keçirilən "CaspianAgro" sərgisində iştirak “Gilan Pivot” və “DoctorAgro” üçün potensial müştərilərlə görüşmək, onlara öz məhsulları haqqında ətraflı məlumat vermək və yeni biznes əlaqələri qurmaq imkanlarını yaradır.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:11 21 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azmiu nun muellimlerine kembric universitetinin sertifikatlari verilib
    AzMİU-nun müəllimlərinə Kembric Universitetinin sertifikatla...
  • azerbaycan ve serbiya prezidentlerinin genis terkibde gorusu olub
    Azərbaycan və Serbiya prezidentlərinin geniş tərkibdə görüş...
azerbaycan ve serbiya prezidentlerinin genis terkibde gorusu olub azerbaycan ve serbiya prezidentlerinin genis terkibde gorusu olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 May, 2018

USD
1.7
 
EUR
1.9978
 
RR
0.0273