Elman Rüstəmov ekspert və KİV nümayəndələri üçün seminar keçirəcək

elman rustemov ekspert ve kiv numayendeleri ucun seminar kecirecek

"Devalvasiyanı şərtləndirən səbəblər barədə ictimaiyyətin məlumatlılığı qənaətbəxş səviyyədə deyil".

 

"APA-Economics"in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 

Onun sözlərinə görə, qonşu ölkələrdə 5-6 faiz kurs üzməsi baş verəndə cəmiyyətin bunu devalvasiya adlandırması düzgün deyil: "Bu, devalvasiya deyil. Xarici şəraitin kəskin dəyişməsi, yeni makroiqtsadi şəraitin formalaşması, valyuta ehtiyatlarının tam itirilməsi bu proseslərə gətirib çıxara bilər. Açıq etiraf etmək lazımdır ki, 2015-ci ildə ölkədə devalvasiya baş verdi. Amma sonradan manatın üzməsi devalvasiya demək deyil. Bu, valyuta volatilliyidir",- deyə E.Rüstəmov vurğulayıb.

 

E.Rüstəmov maarifləndirmə tədbiri kimi ekspert və KİV nümayəndələri üçün seminar keçiriləcəyini bəyan edib.

 

"Mən mətbuat nümayəndələrinə şəxsən seminar keçirməyə hazıram. Sizin həyəcanınız, düzgün praktik nəticə verməməyiniz proseslərə neqativ təsir edir. Bizimlə yanaşı, mətbuat nümayəndələri də çox məsuliyyətli işlə məşğul oluruq. İlk növbədə məsuliyyət bizimkidir. Amma mətbuat nümayəndələri də məsuliyyət daşıyır. Bilirsiniz ki, cəmiyyətin, biznes subyektlərinin gözləntiləri var. Azərbaycan Mərkəzi Bankı gözləntilərin formalaşmasında mühüm rol oynayır, amma mətbuat nümayəndələri transmissiya funksiyasını yerinə yetirir. Buna görə də mətbuat nümayəndələrinin çox böyük məsuliyyəti var. Mən istərdim ki, bununla bağlı vahid anlaşma olsun. Təbii ki, media informasiyanı düzgün çatdırmalıdır. Amma istəmədən prosesləri başqa məcraya yönəldə bilərik. Mən təklif edirəm ki, bununla bağlı ciddi təqdimat keçirək. Seminarı şəxsən özüm aparacağam. Sizə bunu lazım gəlsə, hər rüb, bir neçə dəfə və hətta hər ay etməyə hazırıq. Bizim yeni kommunikasiya strategiyamız var. Biz ciddi ekspert cəmiyyəti və media ilə işləməyə hazırıq və bu strategiyanı reallaşdıracağıq", - deyə E.Rüstəmov vurğulayıb.

 

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267