Əmanətlərin Sığortalanması Fondunun təşkilati strukturu optimallaşdırılır

emanetlerin sigortalanmasi fondunun teskilati strukturu optimallasdirilir

Əmanətlərin Sığortalanması Fondunda Dünya Bankının Maliyyə Sektorunun Müasirləşdirilməsi Layihəsinin ikinci fazasının həyata keçirilməsi çərçivəsində Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib.

 

Fonddan "APA-Economics"ə verilən məlumata görə, icraçı direktorun müavini, İcraçı direktor vəzifəsini müvəqqəti icra edən Vüqar Abdullayev Dünya Bankının maliyyə sektoru üzrə baş mütəxəssisi Anjela Priqojina ilə görüş zamanı əmanətlərin sığortalanması sistemində son dövrdə aparılan islahatlar, ləğvetmə prosesinin daha effektiv, şəffaf və sürətli keçirilməsi istiqamətində atılan addımlar, o cümlədən qorunan əmanətlər üzrə ödənişlərin ilk dəfə olaraq nağdsız qaydada ödənilməsi, ƏSF-nin "Elektron hökumət" portalında göstərilən elektron xidməti, mərkəzləşdirilmiş sisteminin qurulması üzrə aparılan işlər, bankların ləğvetmə prosesi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, Fondun təşkilati strukturunun optimallaşdırılmasını qeyd edib.

 

Eyni zamanda, görüşdə layihə üzrə görüləcək işlər barədə müzakirələr aparılaraq, tədbirlər planının çərçivəsi müəyyənləşdirilib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev wilmotte associ s architectes sirketinin icraci direktoru ile gorusub
    Prezident İlham Əliyev “Wilmotte & Associés Architectes” şir...
  • azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub
    Azərbaycan prezidenti “SUEZ” qrupunun baş icraçı direktoru i...
azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub azerbaycan prezidenti suez qrupunun bas icraci direktoru ile gorusub +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027