“Gizli alıcı” – “şəffaf şirkət” deməkdir - MƏQALƏ

gizli alici seffaf sirket demekdir meqale

Xidmət sahəsində fəaliyyət göstərən uğurlu şirkətlər üçün xidmət keyfiyyətinin qiymətləndirilməsi artıq çoxdan zərurətə çevrilib. Xidmət üzrə müntəzəm monitorinq  xidməti həm personalın qiymətləndirilməsi, həm də xidmət keyfiyyətinin qorunması və yaxşılaşdırılması vasitəsidir.

 

Xidmət keyfiyyətinin ən dəqiq barometri “gizli alıcı” tədqiqatı sayılır. Bu zaman əvvəlcədən müəyyən edilmiş parametrlər əsasında razılaşdırılmış ssenari üzrə müşahidəçi real müştəri şəklində obyektlərə gəlir və xidmətin müxtəlif aspektlərini qiymətləndirir.

 

"Gizli alıcı" araşdırması personalın xidmətinin ölçülməsi, həmçinin motivasiyası, bundan başqa brendin  loyallığının  və ya digər məhsulun istehsalının artırılması üçün nəzərdə tutulub.

 

"Gizli müştəri" zamanı aşağıdakı hallar araşdırıla bilər:

 

1. Əməkdaşların etiket normalarına cavab verib-verməmələri

2. Nizam-intizam

3. Əməkdaşların xarici görünüşü və şirkətin yuniformasının qiymətləndirilməsi

4. Əməkdaşların öhdəliklərini yerinə yetirmə səviyyəsi

5. Məkanda səliqə-səhmanın vəziyyəti

6. Müştərilərlə  işləmək bacarıqları

7. Xidmət səviyyəsi və sürəti

8. Əməkdaşların  məhsulları tanıması və satış bacarıqları

 

Amma unutmaq olmaz ki, "gizli müştəri" rəqiblərin ərazisində və ya fəaliyyətində "kəşfiyyat" xarakteri daşımamalıdır. Ümumiyyətlə, araşdırma zamanı hər hansı şirkətin kommersiya fəaliyyətinə zərər vurulmamalıdır.

 

Bu araşdırma norma, standart və etikasını beynəlxalq qurum olan "Gizli alıcı xidməti həyata keçirən şirkətlərin assosiasiyası" (MSPA) tənzimləyir. MSPA-yə üzv olan şirkətlərin məqsədi "gizli alıcı" xidmətini birgə layihələr və qazanılmış təcrübə vasitəsilə təkmilləşdirməkdir.

 

Qurumun qəbul etdiyi standartlara əsasən, araşdırma sifariş verən şirkət  layihə çərçivəsində əməkdaşlarını "gizli alıcı" ziyarətindən xəbərdar etməlidir.  Bundan başqa, araşdırma nəticələrindən asılı olmayaraq, əməkdaşların cəzalandırılması və ya işdən azad edilməsi qadağandır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ikimertebeli magazada guclu yangin bas verib
    Sumqayıtda ikimərtəbəli mağazada güclü yanğın baş verib ...
  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267