Gürcüstan büdcə xərclərini 24%-dək azaldır

gurcustan budce xerclerini 24 dek azaldir

“Gürcüstan bu il büdcə xərclərini 23,9%-dək azaltmağı nəzərdə tutur”.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın maliyyə naziri Mamuka Baxtadze deyib.

 

Nazir bildirib ki, cari xərclər 2016-cı illə müqayisədə 26%-dən 24,6%-dək azalıb: “Xərclərin azaldılması ilə iqtisadiyyatda yaxşı tendensiya əldə olunub və bu, davam etdiriləcək. Yaxşılaşdırılmış infrastruktur, gəlirlərin artırılması, idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması ilə biz əhatəli iqtisadi artıma mütləq nail ola biləcəyik”.

 

M.Baxtadze qeyd edib ki, cəlb olunmuş investisiyaların köməyi ilə kapital xərclərin mənimsənilməsi ciddi olaraq sürətlənib. “Ötən və cari ildə Rustavi şəhərindən Azərbaycan və Ermənistan sərhədinədək cənub magistralı, Kazbeqi, Kutaisi və Mestiya istiqamətlərində tunellərin tikintisi və digər iri infrastruktur layihələrin həyata keçirilməsinə başlanılıb. Bütün əsas investisiya layihələri beynəlxalq maliyyə qurumları tərəfindən maliyyələşdirilib”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:40 17 İyul
09:11 17 İyul
08:57 17 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ruminiya azerbaycanlilari birliyi yaradilib
    Rumıniya Azərbaycanlıları Birliyi yaradılıb
  • yeni sefir rusiya azerbaycan munasibetleri yukselisdedir
    Yeni səfir: “Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir”...
yeni sefir rusiya azerbaycan munasibetleri yukselisdedir yeni sefir rusiya azerbaycan munasibetleri yukselisdedir +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9921
 
RR
0.0273