I rübdə Azərbaycanda iqtisadi artım 2,3% olub

i rubde azerbaycanda iqtisadi artim 2 3 olub

2018-ci ilin yanvar-mart aylarında ölkənin ümumi daxili məhsulu əvvəlki ilin eyni dövrünə nisbətən 2,3% artaraq 17 mlrd. 185,1 milyon manata çatıb.

 

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, bu dövrdə tikinti sektoru istisna olmaqla, iqtisadiyyatın bütün sahələrində istehsalın artımı müşahidə edilib.

 

İnformasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 13,2%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 12,5%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,1%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 4,2%, sənaye və ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin hər birində 2,6%, digər xidmət sahələrində 1,3% artıb, tikintidə isə 11,2% azalıb.

 

2017-ci ilin eyni dövrü ilə müqayisədə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,9%, neft sektorunda isə 1,5% artıb.                                                                                                

 

Əhalinin hər nəfərinə düşən ÜDM 1755,7 manata bərabər olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ikimertebeli magazada guclu yangin bas verib
    Sumqayıtda ikimərtəbəli mağazada güclü yanğın baş verib ...
  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267