İqtisadiyyatda işləyənlərin sayı və əmək haqqının həcmi açıqlanıb

iqtisadiyyatda isleyenlerin sayi ve emek haqqinin hecmi aciqlanib

Bu il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1524,9 min nəfər olub, onlardan 879,0 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 645,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

 

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, muzdla işləyənlərin 21,7%-i təhsil, 19%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7%-i sənaye, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3%-i tikinti, 7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,7%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i peşə, elmi və texniki fəaliyyət, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 10,6 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

 

Bu ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,9 faiz artaraq 523,1 manat olub.

 

İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:23 25 İyun
13:22 23 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xacmazda 3 masin toqqusub olen ve xesaret alan var foto
    Xaçmazda 3 maşın toqquşub, ölən və xəsarət alan var - FOTO...
  • turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib
    Türkiyədə növbədənkənar prezident və parlament seçkilərində ...
turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib turkiyede novbedenkenar prezident ve parlament seckilerinde sesverme basa catib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 25 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267