MBNP: "AtaBank"la "CDB Bank"ın konsolidasiyası ideyası ilin əvvəlindən olub

mbnp atabank la cdb bank in konsolidasiyasi ideyasi ilin evvelinden olub

"AtaBank" və "CDB Bank"ın konsolidasiyası ilə bağlı ideya bu ilin əvvəlindən mövcud olub və bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNP) müraciət edilib. "APA-Economics" xəbər verir ki, bunu MBNP-nin Bank fəaliyyətinə nəzarət departamentinin direktoru İmran Məmmədov bu gün keçirilən mətbuat konfransında bildirib.

 

"Son 2-3 ay ərzində bu prosesin bankların maliyyə dayanıqlılığına potensial təsiri və nəticələri, bütövlükdə bank sektoruna olan effekti təhlil edilib. Bu proses hər iki bank üçün sinerji effekti və uğurlu nəticələr verəcək. Nəticədə daha güclü və dayanıqlı bank formalaşacaq", - deyə İ. Məmmədov qeyd edib.
 

"AtaBank"ın İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Dəyanət Quliyev bankların konsolidasiyasının səhmdarların birgə qərarı olduğunu, bu prosesin sonunda bank sektorunda daha böyük, keyfiyyətcə yeni, müştəriyə fokuslanmış, innovativ və iddialı bir bankın ərsəyə gələcəyini qeyd edib. Onun sözlərinə görə, hər iki bank müsbət  göstəricilərə malik, iqtisadiyyatın müxtəlif sahələrinin kreditləşməsində ixtisaslaşmış və milli bank tariximiz üçün heç də az olmayan təcrübəyə malik banklardı: "Bununla belə, səhmdarların qərarına əsasən, qoşulma prosesi məhz 25 illik tarixə malik "AtaBank" üzərində aparılacaq. Bankların resurslarının birləşdirilməsi nəticəsində lazımi həcmdə maliyyə ehtiyatları formalaşacaq və bankın kapital mövqeyi möhkəmlənəcək. Bankın strateji hədəfi geniş müştəri kateqoriyasına fokuslanmaqdır".

 

"CDB Bank"ın Müşahidə Şurasının sədri vəzifəsini müvəqqəti icra edən Fərəh Məmmədova bankın heç də asan olmayan bir dövrdə yarandığını, buna baxmayaraq, dinamik inkişaf sərgilədiyini, aktivlərin artdığını və fəaliyyət göstərdiyi illər ərzində maliyyə ilini mənfəətlə başa vurduğunu qeyd edib: "Konsolidasiyada məqsəd daha güclü, dayanıqlı bank formalaşdırmaq, mövcud bazar paylarını artırmaq, ölkə iqtisadiyyatına, bank sektoruna daha səmərəli töhfə verməkdir. Bu birləşmə gələcək inkişaf üçün geniş perspektivlər açacaq".

 

Qeyd edək ki, aprelin 18-də "AtaBank" və "CDB Bank" səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən "CDB Bank" ASC-nin yenidən təşkil şəklində ləğv edilərək "AtaBank" ASC-yə qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilib.


Həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair "PwC" beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilib.

 

Həmçinin, "AtaBank" və "CDB Bank" tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • jurnalist rasim eliyevin olumunde teqsirlendirilen sexslerin apellyasiya sikayetleri temin edilmeyib
    Jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin...
  • azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir
    Azərbaycanda 17 rayonda 23 modul tipli məktəb quraşdırılır...
azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir azerbaycanda 17 rayonda 23 modul tipli mekteb qurasdirilir +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8627
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ