Millət vəkili: "Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsinə hüquqşünaslar rəy verməlidir"

millet vekili elet azad iqtisadi zonasi haqqinda qanun layihesine huquqsunaslar rey vermelidir

"Ələt azad iqtisadi zonası haqqında" qanun layihəsi ilə bağlı hüquqşünaslarla iqtisadçıların fikirləri arasında ziddiyyət var.

 

"APA-Economics" xəbər verir ki, bunu qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Elşən Musayev deyib.

 

Onun sözlərinə görə, qanun layihəsi tətbiq olunacaq daxili qaydaların daha mütərəqqi olduğunu özündə ehtiva edir: "Qanun layihəsi beynəlxalq təcrübədən istifadə olunmaqla hazırlanıb. Lakin hüquqşünaslarla iqtisadçıların fikirləri arasında müəyyən ziddiyyət var. Hüquqşünaslar layihəni müzakirə edib ona rəy verməlidirlər. Bu qanunun mahiyyəti ondan ibarətdir ki, layihənin iqtisadi cəlbediciliyi onun hüquqi cəlbecidliyinin üstündə olsun. Hansısa formada məhkəmə yaradılmalıdır. Mahiyyət etibarilə bu Azad Zona investorlar üçündür. İnvestor bu qaydaları öyrənib gələcək. Bu gün dünya təcrübəsinə istinad eləməsək, çox dəqiqdir ki, ora heç kim gəlməyəcək. Bu ziddiyyətləri, iqtisadçı və hüquqşünas ritorikasını nəzərə almasaq, gərək qanun layihəsinin müzakirəsini aparmayaq. Təcrübə göstərir ki, Azad Zonalarla bağlı kim nə qədər güzəşt edirsə, o daha çox udur, dövlət daha çox qazanır".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
  • agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib
    Ağdaşda tərəvəz sahəsində narkotik yetişdirən iki qardaş həb...
agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272