Narkotik vasitələrin ölkəyə gətirilməsinin qarşısı alınıb

narkotik vasitelerin olkeye getirilmesinin qarsisi alinib

Narkotik vasitələrin gömrük nəzarətindən yayınmaq üçün ən çirkin üsullardan istifadə etməklə ölkə ərazisinə gətirilməsi ilə bağlı daha bir fakt qeydə alınıb.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postundan İdarənin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, İrandan Azərbaycana birlikdə piyada gələn Azərbaycan vətəndaşları saxlanılıb. Ələsgərov və Ağayeva soyadlı həmin vətəndaşların üzərində şəxsi yoxlama zamanı tibbi baxışa zərurət yarandığı üçün onların daxili orqanları rentgen müayinəsindən keçirilib.

 

Nəticədə, xanım vətəndaşın cinsiyyət orqanında narkotik vasitələr - 1 bükümdə xalis çəkisi 7,626 qram olan heroin, 1 bükümdə xalis çəkisi 0,382 qram olan tiryək, 79 ədəd metadon adlı həb və güclü təsiredici maddə - 138 ədəd preqabalin adlı dərman preparatı aşkar edilib.

 

Fakt üzrə ilkin izahatında Ələsgərov soyadlı şəxs bu əməli Ağayeva ilə birlikdə törətdiyini etiraf edib. O, vətəndaş nikahında yaşadıqlarını, İranda olarkən adı çəkilən maddələri birlikdə əldə etdiklərini və həmin maddələri Azərbaycan ərazisinə qeyd edilən çirkin üsuldan istifadə etməklə gömrük nəzarətindən gizli keçirmək istədiklərini bildirib.

 

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kim cen inin cine seferi baslayib yenilenib
    Kim Çen Inın Çinə səfəri başlayıb - YENİLƏNİB
  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272