Niyazi Səfərov: "Ötən il İpək Yoluna üzv ölkələrlə ticarət dövriyyəsi 5,3 milyard dollar olub"

niyazi seferov oten il ipek yoluna uzv olkelerle ticaret dovriyyesi 5 3 milyard dollar olub

"Son illər Azərbaycanın tranzit imkanının artırılması üçün mühüm işlər görülüb. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Baakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, Bakı-Böyük Kəsik dəmir yolunun əsaslı təmiri aparılır. Bütün bunlar Azərbaycanın tranzit imkanlarını dəfələrlə genişləndirib".

 

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun  "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda beynəlxalq konfrans çərçivəsində "Qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin möhkəmləndirilməsi" mövzusunda paneldə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

 

Nazir müavini bildirib ki, 2015-ci ildə tranzit yükdaşımalar üzrə Koordinasiya Şurası yaradılıb. “Koordinasiya Şurası region ölkələri arasında əlaqələri gücləndirib, vahid tranzit taariflərinin tətbiqi istiqamətində işlər görülüb. Nəticədə, 2017-ci ildə Azərbaycandan keçməklə 25 min tır yük daşınıb. Keçən il ölkə ərazisindən 10 milyon tondan çox yük daşınıb ki, bu da 2016-cı ildə olduğundan 16 faiz çoxdur. 81 faizi neft və neft məhsulları, qalanları qeyri-neft məhsullardır. İpək Yolu layihəsi Orta Asiya ölkələrinin dünya bazarına çıxmasına, ölkəmizin logistika mərkəzinə çevrilməsinə səbəb olacaq. Lakin etibarlı iqtisadi münasibətlər olmasa, yalnız nəqliyyat infrastrukturuna sərmayə yatırmaqla uğur qazanmaq olmaz. Azərbaycanın qonşu ölkələrlə ticarət əlaqələrinin, özəl şirkətlər arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirilir. İpək Yoluna üzv ölkələrlə ötən il ticarət dövriyyəsi 5,3 milyard dollar olub," – deyə N. Səfərov qeyd edib.

 

N. Səfərov nəzərə çatdırıb ki, son 10 ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri 3 dəfə artıb: "Müstəqillik illərində ölkəmizə 250 milyard dollar investisiya yatırılıb ki, bunun da yarısı xarici investisiyaların payına düşüb. Ölkə iqtisadiyyatı hazırda risklərə baxmayaraq dayanıqlılıq göstərir".

 

N. Səfərov tədbir iştirakçılarını Bakının Ekspo-2025 sərgisinin təşkilatçısı olmasına dəstək verməyə çağırıb: "Azərbaycan həm ildə Şimal-Cənub Nəqliyyat Dəhlizi üzərində çalışır. Layihənin Azərbaycana aid hissəsi artıq tamamlanıb. Ümid edirəm ki, yaxın illərdə Şimal-Cənub Nəqliyyat Dəhlizi İpək Yoluna inteqrasiya olunacaq".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kim cen inin cine seferi baslayib yenilenib
    Kim Çen Inın Çinə səfəri başlayıb - YENİLƏNİB
  • xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib
    Xudatda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şə...
xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib xudatda narkotiklerin qanunsuz dovriyyesi ile mesgul olan sexs saxlanilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272