Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 78 min müqavilə bağlanıb

avtomobil sahiblerinin mulki mesuliyyetinin icbari sigortasi uzre 78 min muqavile baglanib

Ötən ilin dekabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 77 741 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

 

İSB-dən “APA-Economics”ə verilən xəbərə görə, bunlardan 14 711 müqavilə xarici ölkələrdə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri üzrə bağlanılan müqavilələr olub.

 

Hesabat dövründə bağlanılan standart və sərhəd sığorta müqavilələri üzrə sığorta şirkətlərinə daxil olan sığorta haqları 5 957 574 manat təşkil edib. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 24% artım, sığorta haqlarının məbləğində isə 19% artım müşahidə edilib.

 

1 noyabr 2016-cı il tarixindən etibarən icbari avtoməsuliyyət sığortası müqavilələri elektron sənəd formasında bağlanılır. Dekabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 77 741 elektron icbari sığorta müqaviləsi bağlanıb.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:23 18 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sabah naxcivanda islam medeniyyetinin paytaxti nin tenteneli acilis merasimi kecirilecek
    Sabah Naxçıvanda “İslam mədəniyyətinin paytaxtı”nın təntənəl...
  • astanada azerbaycan xalq cumhuriyyetinin 100 illik yubileyi qeyd olunub
    Astanada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ...
astanada azerbaycan xalq cumhuriyyetinin 100 illik yubileyi qeyd olunub astanada azerbaycan xalq cumhuriyyetinin 100 illik yubileyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272