Son 5 ayda Azərbaycanın xarici ticarətində 3,3 mlrd. dollarlıq müsbət saldo yaranıb

son 5 ayda azerbaycanin xarici ticaretinde 3 3 mlrd dollarliq musbet saldo yaranib

2018-ci ilin yanvar-may aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 153 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 94 ölkəyə məhsul ixrac olunub, 144 ölkədən idxal olunub.

 

"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2018-ci ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 9 mlrd. 318,8 mln. dollar, o cümlədən ixracın dəyəri 6 mlrd. 292,7 mln. dollar, idxalın dəyəri 3 mlrd. 26,1 mln. dollar təşkil edib, nəticədə 3 mlrd. 266,6 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb.

 

2017-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 32,8%, real ifadədə isə 3,3%, o cümlədən ixrac 2,2%, idxal 5,7% artıb. Hesabat dövründə faktiki qiymətlərlə ölkədən 29,7% çox məhsul ixrac olunub, idxal edilmiş məhsulların dəyərində 39,8% artım müşahidə edilib.

 

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 85,9%-i İtaliya, Türkiyə, Rusiya, İsrail, Almaniya, İndoneziya, Çin, Çexiya, Tayvan (Çinin əyaləti), ABŞ, Ukrayna, İspaniya, Kanada, Gürcüstan, Avstriya, Hindistan, Portuqaliya, Birləşmiş Krallıq və Fransa ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

 

Ölkəmizə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,4%-i Rusiyanın, 15,5%-i Türkiyənin, 10,1%-i Çinin, 7,8%-i Almaniyanın, 4,7%-i ABŞ-ın, 4%-i Ukraynanın, 3,4%-i İtaliyanın, 3,1%-i  Belarusun, 2,9%-i İranın, 2,3%-i Birləşmiş Krallığın, hər biri 2% olmaqla Çexiya və Qazaxıstanın, 1,9%-i Yaponiyanın, 1,7%-i Koreyanın, 1,6%-i Fransanın, 1,4%-i Türkmənistanın, 1,3%-i İsveçrənin, qalan 16,9%-i isə digər ölkələrin payına düşüb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267