Vergilər Nazirliyi dövlət satınalma əməliyyatlarına nəzarətlə bağlı banklara yoxlama aləti təqdim edib

vergiler nazirliyi dovlet satinalma emeliyyatlarina nezaretle bagli banklara yoxlama aleti teqdim edib

Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Komplayens” üzrə Ekspert Qrupunun iclası keçirilib.

 

ABA-dan "APA-Economics"ə verilən məlumata görə, iclasda dövlət satınalma əməliyyatlarına nəzarət aparmaq məqsədilə Vergilər Nazirliyinə rəsmi müraciətin müsbət qarşılanması və Vergilər Nazirliyinin banklara təqdim etdiyi yoxlama aləti, “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması” qaydasına dair məsələlər müzakirə edilib.

 

Həmçinin, iclas zamanı “NBC Bank” ASC, “Bank Avrasiya” ASC və “GünayBank” ASC-nin nümayəndələrinin “Komplayns Ekspert” qrupuna daxil edilməsi məsələsinə baxılıb.

 

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:05 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • sumqayitda ikimertebeli magazada guclu yangin bas verib
    Sumqayıtda ikimərtəbəli mağazada güclü yanğın baş verib ...
  • goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib
    Göyçayda 700 bal toplayan abituriyentin oxuduğu məktəb qəzal...
goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib goycayda 700 bal toplayan abituriyentin oxudugu mekteb qezali oldugu ucun baglanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267