"Visa"nın mənfəəti dördqat azalıb

visa nin menfeeti dordqat azalib

"Visa Inc." şirkətinin mənfəəti maliyyə ilinin II rübündə 430 mln. dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 4 dəfə azdır.


"APA-Economics" "Insider" agentliyinə istinadən xəbər verir ki, şirkətin əməliyyat mənfəəti 15% artaraq 2,8 mlrd. dollara çatıb.

 

Şirkətin açıqlamasında deyilir ki, xalis mənfəətin kəskin azalmasına 2016-cı ilin iyun ayında əldə olunmuş "Visa Europe" törəmə müəssisəsinin yenidən təşkil olunması səbəb olub. Belə ki, "Visa" törəmə şirkətin alışı zamanı vergi ödənişlərinə 1,5 mlrd. dollar, inzibati xərclərə 192 mln. dollar xərcləyib.

 

Rüb ərzində "Visa Inc." sistemi üzərindən həyata keçirilən əməliyyatların həcmi 1,7 trln. dollar təşkil edib ki, bu da 37%-lik artımdan xəbər verir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qebelede kecmis herbi seherciyin zirzemisinde tank eleyhine tustu minalari askarlanib
    Qəbələdə keçmiş hərbi şəhərciyin zirzəmisində tank əleyhinə ...
  • respublika fenn olimpiadalarinin qalibleri mukafatlandirilib
    Respublika fənn olimpiadalarının qalibləri mükafatlandırılıb...
respublika fenn olimpiadalarinin qalibleri mukafatlandirilib respublika fenn olimpiadalarinin qalibleri mukafatlandirilib +2
MƏZƏNNƏ
FOREX
/ 25 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ