Xalid Əhədov: " Azərbaycan Beynəlxalq Bankının restrukturizasiya planının 90%-i icra olunub" - EKSKLÜZİV

xalid ehedov azerbaycan beynelxalq bankinin restrukturizasiya planinin 90 i icra olunub ekskluziv

"Azərbaycan Beynəlxalq Bankının (ABB) restrukturizasiya planı, demək olar ki, yekunlaşıb".

 

Bunu "APA-Economics"ə müsahibəsində ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov deyib. Onun sözlərinə görə, bankın açıq valyuta mövqeyi ilə bağlı məsələ də bu ilin birinci rübündə həllini tapacaq.

 

"Bankın restrukturizasiya planının 90%-i icra edilib. Bank tam sağlamdır və hazırda yaxın 3 il üçün biznes strategiyası üzərində işləyirik", - deyə X.Əhədov vurğulayıb. 

 

ABB-nin özəlləşdirilməsinə gəlincə, X.Əhədov bildirib ki, hazırda bankın özəlləşdirilməsinə hazırlıqla bağlı işlər görülür: "Bildiyiniz kimi, Azərbaycan Beynəlxalq Bankının əsas sahibi Azərbaycan dövlətidir. Bankın 95%-i dövlətə və dövlətin təsis etdiyi “Aqrarkredit” təşkilatına məxsusdur. Özəlləşdirilmə barədə qərarın verilməsi menecmentin ixtiyarında deyil. Biz özəlləşdirilməyə hazırlıqla məşğuluq. Bankı bu prosesə hazırlayırıq ki, gələcəkdə bankın özəlləşdirilməsi mümkün olsun. Bunun üçün görüləsi tədbirlər var. Bankın sərmayə hekayəsi, kapital bazarında görüşləri, biznes modeli və strategiyası olmalıdır".

 

X.Əhədov ABB-nin London Məhkəməsində “Sberbank”a uduzması məsələsinə də aydınlıq gətirib: "Bu, sırf kommersiya mübahisəsidir. Bizim kreditorların 95%-i restrukturizasiya planını dəstəkləyib. Vaxtilə bu məsələlərlə razı olmayan 5% isə çalışır ki, bu məsələdə öz maraqlarını qorusun. Bu da hər iki tərəfin kommersiya mübahisəsidir. İstənilən bankın, kiçik və ya böyük bankın müştərisi və ya kreditoru ilə kommersiya mübahisələri olur. Bu, normal bir prosesdir və bizim bu məhkəmələrdə hər hansı gözlənilməz və yaxud bankın balansına təsir edə biləcək itki perspektivlərimiz yoxdur. Bu məhkəmə prosesi normal qaydada keçir və bu proses illərlə davam edə bilər".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
  • agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib
    Ağdaşda tərəvəz sahəsində narkotik yetişdirən iki qardaş həb...
agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272