"AmCham-Azerbaijan"ın rəhbərliyi yenidən formalaşdırılıb

amcham azerbaijan in rehberliyi yeniden formalasdirilib

Bakıda keçirilən Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham-Azerbaijan") illik iclası çərçivəsində Palatanın prezidenti və Direktorlar Şurasının yeni üzvləri seçilib.

 

Palatadan "APA-Economics"ə verilən məlumata görə, iclasda açılış nitqi ilə çıxış edən "AmCham-Azerbaijan"ın icraçı direktoru Natəvan Məmmədova daha sonra Direktorlar Şurasına namizədləri təqdim edib və onları öz platformaları ilə çıxış etmək üçün dəvət edib.


Öz çıxışında Natəvan Məmmədova il ərzində görülmüş işlərə görə hər kəsə minnətdarlığını bildirib və tutduğu vəzifəni tərk edən Vergi və Gömrük Komitəsinin sədri Bəxtiyar Aslanbəylinin, həmçinin Bank, Maliyyə və Sığorta Komitəsinin sədri Aytən Rüstəmovanın fəaliyyətini xüsusilə vurğulayıb.


Direktorlar Şurasının cari statusuna əsasən, 10 yerdən 6 vakant yer mövcud idi. "Baker McKenzie" şirkətinin idarəedici partnyoru Gündüz Kərimovun təlimatından sonra seçkilər baş tutub və nəticədə Direktorlar Şurasının altı yeni üzvü seçilib: "KPMG Azərbaijan" şirkətinin idarəedici partnyoru Vüqar Əliyev, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, "PAŞA Bank"ın İdarə Heyətinin sədri və icraçı direktoru Taleh Kazımov, "Landmark" biznes mərkəzinin biznes əməliyyatları üzrə direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlu, "Coca-Cola" şirkətinin Qafqaz regionu üzrə meneceri Əsəd Şirinov və "Ernst & Young Azərbaycan" şirkətinin idarəedici partnyoru İlqar Vəliyev.

 

İclas çərçivəsində prezident seçkilərinin nəticəsinə əsasən, "Deloitte Azərbaijan" şirkətinin idarəedici partnyoru Nuran Kərimov "AmCham-Azerbaijan"ın yeni prezidenti seçilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:36 27 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • quba qusar yolunda iki avtomobil toqqusub iki nefer olub bes nefer xesaret alib yenilenib
    Quba-Qusar yolunda iki avtomobil toqquşub, iki nəfər ölüb, b...
  • azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib
    Azərbaycan və Özbəkistan arasında dəmir yolu sahəsində əməkd...
azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib azerbaycan ve ozbekistan arasinda demir yolu sahesinde emekdasliga dair protokol imzalanib +2
MƏZƏNNƏ
FOREX
/ 28 Mart, 2017

USD
1.7201
 
EUR
1.8654
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ