ASK-nın üzvlərinə münasibəti - ARAŞDIRMA

ask nin uzvlerine munasibeti arasdirma

Özündə 6 000-ə yaxın sahibkarı (sahibkarlıq subyektini) birləşdirən Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının (ASK) sahibkarlara münasibəti dəfələrlə müzakirə mövzusu olub. Bu müzakirələrin hansının əsaslı, hansının isə əsassız olduğunu müzakirə etməyə lüzum bilmirik. ASK-nın saytında (www.ask.org.az) yerləşdirilən bir xəbəri oxuyarkən diqqətimi başqa bir məqam çəkdi. Belə ki, konfederasiyasının Rəyasət Heyətinin üzvləri barədə məlumatın yerləşdirildiyi bölümün incələnməsi ASK-nın üzvü olan sahibkarlara münasibətinin göstəricisi ortaya çıxır. Belə ki, Rəyasət Heyətinin üzvlərinin bəzilərinin vəzifələri səhv qeyd edilib, bəziləri isə ümumiyyətlə qeyd edilən vəzifəni tutmur.

 

ASK-nın saytında qeyd edilib ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (bankın adı da düzgün yazılmayıb - red.) İdarə Heyətinin sədri Elmar Məmmədov konfederasiyanın Rəyasət Heyətinin üzvüdür. Halbuki adıçəkilən şəxs ötən ilin dekabrın 8-də bankın Müşahidə Şurasının növbədənkənar toplantısında verilən qərara əsasən İdarə Heyətinin sədri vəzifəsindən azad edilib. E. Məmmədovu Xalid Əhədov əvəzləyib. Yeri gəlmişkən, E. Məmmədovun vəzifəsindən gedişi də xeyli səs-küylü olub. Belə ki, E. Məmmədov valyuta bazarında manipulyasiyalara yol verdiyinə görə tutduğu vəzifədən azad olunub. Görünür, bu səs-küylü gediş ASK-da çalışan həmkarlarımızın qulağına çatmayıb. Digər fərziyə isə ondan ibarətdir ki, ASK bank sektorundakı kadr dəyişikliklərini həzm edə bilmir. Belə olmasaydı, növbəti nöqsanı oxucularımıza təqdim edə bilməzdik.

ASK-nın bank sektorundakı kadr dəyişikliklərdən xəbərsiz olduğunun daha bir bariz nümunəsi. Belə ki, Rəyasət Heyətinin üzvü Fərid Axundovun vəzifəsi "PAŞA Bank" ASC-nin İdarə Heyətinin sədri kimi qeyd edilib. Halbuki F. Axundov xeyli vaxtdır bankın Müşahidə Şurasının üzvüdür. Qeyd edək ki, F. Axundov fevralın 13-də keçirilən Rəyasət Heyətinin iclasında iştirak edib.

Rəyasət Heyətinin bəzi digər üzvlərinin vəzifələrinin adlarında nöqsanlar olsa da çox xırdaçılıq da bizə başucalığı gətirmir və bunu nəzərə alaraq onlara toxunmuruq.
 

Analoji səhvlərə saytın "Daimi komissiyalar" bölümündə də rast gəlmək olar. Misal olaraq Beynəlxalq əlaqələr və xarici investisiyalı müəssisələrlə iş komissiyasının rəhbəri kimi göstərilən Gündüz Kərimovun vəzifəsini önə çəkmək olar. O "BacerMckenzie" hüquq şirkətinin rəhbəri kimi təqdim olunub. Halbuki "Rəyasət Heyəti" adlı bölümdə G. Kərimov "Baker&McKenzie-CİS LTD"-nin direktoru kimi təqdim edilib.

 

"İdarə Heyəti" bölümünə isə ümumiyyətlə daxil olmaq olmur. Sanki kompüter saytın (əslində ASK-nın) idarə olunmasında mövcud olan problemə işarə edir.

 

Onu da qeyd edək ki, saytı "Neuron Technologies" şirkəti hazırlayıb. Həmin şirkətin rəhbəri İsmayıl Ələkbərov ASK-nın Rabitə və İKT müəssisələri ilə iş komissiyasına rəhbərlik edir.

 

Sonda isə saytın istifadəçilərinə, o cümlədən bizə ünvanlanan sualı ASK-nın məsul şəxslərinə ünvanlamaq istəyirik: YENİ DİZAYNA MÜNASİBƏTİNİZ?

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tiflisde azerbaycan dovlet dram teatrinin kecmis direktorunun anim gunu kecirilib
    Tiflisdə Azərbaycan Dövlət Dram Teatrının keçmiş direktorunu...
  • respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya
    Respublika Günü münasibətilə Silahlı Qüvvələrdə silsilə tədb...
respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya respublika gunu munasibetile silahli quvvelerde silsile tedbirler kecirilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 29 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ