Azərbaycan şəkər idxalını 5 dəfədən çox azaldıb

azerbaycan seker idxalini 5 defeden cox azaldib

Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan 8 mln. 641,17 min ABŞ dolları dəyərində 19 min 145,94 ton şəkər idxal edib.

 

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 4 ilə müqayisədə 83 min 282,24 ton və ya 5,35 dəfə azdır. Məbləğ baxımından isə illik nisbətdə 39 mln. 460,24 min dollar və ya 5,57 dəfə azdır.

 

Xatırladaq ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycana xarici ölkələrdən 48 mln. 101,41 min dollar dəyərində 102 min 428,18 ton şəkər idxal edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-aprel aylarında şəkər idxalı Azərbaycanın ümumi idxalının 0,29%-ni təşkil edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agir senaye ve masinqayirmanin inkisafina dair strateji yol xeritesi uzre tedbirlerin 9 i icra edilmeyib
    Ağır sənaye və maşınqayırmanın inkişafına dair strateji yol ...
  • oktyabrda bakida global influencer day kecirilecek
    Oktyabrda Bakıda “Global İnfluencer Day” keçiriləcək...
oktyabrda bakida global influencer day kecirilecek oktyabrda bakida global influencer day kecirilecek +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027