Azərbaycanda eyni ünvanda qeydiyyatda olan bir neçə iri şirkət yaradılıb

azerbaycanda eyni unvanda qeydiyyatda olan bir nece iri sirket yaradilib

Azərbaycanda eyni ünvanda qeydiyyatda olan şəxs bir neçə iri şirkət yaradıb.

 

“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, “Şəki Ət və Süd Məhsulları” MMC dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 9,028 mln. manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Asif Məhəmmədovdur. Şirkətin Müşahidə Şurasına Orxan Mədətli, Sənan Piriyev, Vüqar Yaqubov daxildir.

 

Bundan başqa, nizamnamə kapitalı 21 mln. 577,5 min manat olan “Şəki Kərpic İstehsalı” MMC də dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Tahir Alıyevdir. MMC-nin Müşahidə Şurasına Vüqar İbrahimli, Fəxrəddin Gəncəmalıyev, Ağamir Babayev daxil olub.

 

“Şəki Heyvandarlıq” MMC də dövlət qeydiyyatından keçib. Şirkətin nizamnamə kapitalı 18 mln. 415,5 min manat, qanuni təmsilçisi isə Elşən Ağalarovdur. MMC-nin Müşahidə Şurası Rauf Qarayev, Vüqar Yaqubov, Samir Osmanovdan ibarətdir.

 

Dövlət qeydiyyatına alınan “Mingəçevir İzolit” MMC-nin nizamnamə kapitalı isə 14,855 mln. manatdır. Şirkətin qanuni təmsilçisi İsmayıl Məmmədovdur. MMC-nin Müşahidə Şurasına isə Hidayət Sultanov, Rəşid Məmmədov, Ağababa Muradov daxildir.

 

Vergilər Nazirliyinin qeydiyyata aldığı şirkətlərdən biri də nizamnamə kapitalı 30 mln. 111,978 min manat olan “Azərtütün” MMC-dir. Şirkətin qanuni təmsilçisi Fazil Rüstəmovdur. MMC-nin Müşahidə Şurasının üzvləri Nəcbəddin Sofiyev, Hidayət Sultanov, Məhəmmədəli Əfəndiyevdir.

 

“Şəki İpək İstehsalı” MMC də adları yuxarıda qeyd edilən şirkətlərlə yanaşı dövlət qeydiyyatından keçib və onun nizamnamə kapitalı 37,550 mln. manatdır. Şirkətin qanuni təmsilçisi Nizami Qəribovdur, Müşahidə Şurasına isə Fərid Vəlizadə, Elçin Nadirov, Malik Nəsirov daxildir.

 

“Azərpambıq” MMC-nin nizamnamə kapitalı isə 82 mln. 343,854 min manat təşkil edib. Şirkətin qanuni təmsilçisi Tural Eyvazovdur. MMC-nin Müşahidə Şurasının üzvləri Vüqar Yaqubov, Məhəmmədəli Əfəndiyev, Zakir Əzimovdur.


Adları yuxarıda qeyd edilən şitkərlərin hər biri iyulun 17-də qeydiyyatdan keçib. Şirkətlərin hüquqi ünvanları eynidir: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, ev 35, məhəllə 1033.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs da katerin qezaya ugramasi neticesinde 17 nefer olub
    ABŞ-da katerin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb ...
  • goranboyda 125 mm lik top mermisi askarlanib
    Goranboyda 125 mm-lik top mərmisi aşkarlanıb
goranboyda 125 mm lik top mermisi askarlanib goranboyda 125 mm lik top mermisi askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267