Digər nəqliyyat vasitələrinin sərnişin avtobuslarının dayanacaqlarından istifadəsi qadağan edilir

diger neqliyyat vasitelerinin sernisin avtobuslarinin dayanacaqlarindan istifadesi qadagan edilir

Azərbaycanda müntəzəm sərnişin daşıyan avtobus marşrutlarından və dayanacaqlarından digər nəqliyyat vasitələrinin istifadəsi qadağan edilir.

 

APA-nın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavələr təklif olunur.

 

Məcəllənin 322-ci (Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarının pozulması) maddəsinə əlavə edilən .0.8-ci bəndə görə, qeyri-müəyyən sərnişin daşımalarının müntəzəm avtobus marşrutları üçün müəyyən edilmiş hərəkət cədvəlləri ilə yerinə yetirilməsi məsuliyyət yaradır və buna görə 40 manatdan 50 manata qədər cərimə tətbiq olunur.

 

Maddəyə əlavə edilən digər .0.9-cu bəndə görə isə qeyri-müntəzəm sərnişin daşımaları yerinə yetirilərkən müntəzəm marşrutlar üçün müəyyən edilmiş dayanacaqlarda sərnişinlərin mindirilməsi və düşürülməsi məsuliyyət yaradır və buna görə də 40 manatdan 50 manata qədər cərimə tətbiq ediləcək.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və dekabrın 30-da müzakirəyə çıxarılacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • aprelde 143 mln abs dollari mebleginde qeyri neft mehsulu ixrac olunub
    Apreldə 143 mln. ABŞ dolları məbləğində qeyri-neft məhsulu i...
  • tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib
    Tehranda Azərbaycan Respublika Gününə həsr olunmuş rəsmi qəb...
tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2017

USD
1.7023
 
EUR
1.9152
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ