Azərbaycanın tranzit imkanları Pekində təqdim olunub

azerbaycanin tranzit imkanlari pekinde teqdim olunub

Bu gün Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Yükdaşımalar üzrə Koordinasiya Şurasının təşəbbüsü və təşkilatçılığı ilə “Transxəzər - Şərq-Qərb ticarət və tranzit dəhlizi” forumu keçirilib.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə Azərbaycanın Çindəki səfirliyinin, Çinin Kommersiya və Nəqliyyat nazirliklərinin, Dəmir Yolu Administrasiyasının və digər aidiyyəti dövlət qurumlarının, beynəlxalq yükdaşımaları ilə məşğul olan şirkətlərin 100-ə yaxın nümayəndəsi iştirak edib.

 

Çinin Kommersiya Nazirliyinin Departament direktoru Luo Veydun ölkəsinin İpək yolu üzərində yerləşən dövlətlər, o cümlədən Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini, bu çərçivədə nəqliyyat-logistika əlaqələrinin genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

 

Azərbaycanın Çindəki müvəqqəti işlər vəkili Mətin Mirzə Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci ilin dekabrında Çinə dövlət səfərindən sonra Azərbaycan ilə Çin arasında əlaqələrin yeni mərhələyə qədəm qoyduğunu, səfər zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumunun imzalandığını xatırladıb.

 

Tədbirdə  Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq və regional enerji və nəqliyyat layihələrinin əhəmiyyətindən danışılıb, Transxəzər beynəlxalq nəqliyyat marşrutu, onun əlverişli imkanları barədə məlumat verilib.

 

Forumda həmçinin, Gürcüstan və Qazaxıstanın Çindəki səfirliklərinin nümayəndələrinin nəqliyyat-logistika sahəsində əməkdaşlığın genişləndirilməsinə dair məruzələri dinlənilib.

Tədbirdə Azərbaycan Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Elçin Əhmədov ölkəmizin nəqliyyat-tranzit potensialı, logistika imkanları, yükdaşımalar sahəsində yaradılan əlverişli imkanlar barədə məlumat verib. Bildirilib ki, ölkəmizin tranzit potensialının artırılması istiqamətində bir sıra irimiqyaslı layihələr həyata keçirilir və bu sahəyə irihəcmli  investisiyalar yönəldilir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının, Bakı Gəmiqayırma Zavodunun fəaliyyətə başlaması, Bakı–Böyük Kəsik dəmir yolunun yenidən qurulması və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası layihələri, eləcə də beynəlxalq hava limanlarının tikintisi Azərbaycanın nəqliyyat infrastrukturunun güclənməsində əhəmiyyətli rol oynamaqla yanaşı, ölkəmizin tranzit potensialını da genişləndirir. Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi böyük siyasi və iqtisadi əhəmiyyətə malik olmaqla, yük və sərnişin daşımalarının həcminin dəfələrlə artmasına imkan yaradacaq.

 

“Azərbaycan Dəmir Yolları” QSC-nin, Dövlət Gömrük Komitəsinin, SOCAR-ın, "Sumqayıt Kimya Sənaye Parkı" MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin nümayəndələri Azərbaycanın tranzit, nəqliyyat-logistika imkanlarına dair müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər. Forumda Transxəzər beynəlxalq nəqliyyat marşrutuna dair film nümayiş olunub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident dunyada senaye usulu ile qazilmis ilk quyunun berpadan sonraki veziyyeti ile tanis olub
    Prezident dünyada sənaye üsulu ilə qazılmış ilk quyunun bərp...
  • brent neftinin qiymeti 52 dollaradek gerileyib
    Brent neftinin qiyməti 52 dollaradək geriləyib
brent neftinin qiymeti 52 dollaradek gerileyib brent neftinin qiymeti 52 dollaradek gerileyib +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ