Azərbaycanlı biznesmenlər Moskvada bazar alıb

azerbaycanli biznesmenler moskvada bazar alib
VTB bazarı iş adamlarına ilkin dəyərindən üçqat ucuz satıb

"VTB Qrupu" "Velazavod bazarı" ASC-nin səhmlərinin 100%-nin satıldığını bəyan edib. "APA-Economics" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, əqdin dəyəri 712 mln. rubl təşkil edir.


Bazar Moskvanın cənubunda yerləşir.

 

Bank alıcının adını açıqlamayıb. Lakin "Vedomosti"nin əldə etdiyi məlumata görə, bazarın yeni sahibi "Kiyev meydanı" QSC-dir. Şirkətin rəsmisi informasiyanı təsdiqləyib.

 

Qeyd edək ki, "Kiyev meydanı" QSC Azərbaycan əsilli iş adamları Qod Nisanov və Zarax İliyevə məxsusdur.

 

"Velazavod bazarı" ASC 2014-cü ildən etibarən "VTB Qrupu"nun aktividir. Ötən ilin sentyabr ayında bank bazarı 2,4 mlrd. rubla satmağa cəhd edib. Lakin bankın cəhdi uğursuz alınıb.

 

"Kiyev meydanı"nın rəsmisi iddia edir ki, bazarın fəaliyyət istiqaməti dəyişməyəcək. Lakin bazarda ciddi rekonstruksiya işləri aparılacaq.

 

Xatırladaq ki, Q. Nisanov və Z. İliyev "Forbes" jurnalının versiyasına əsasən, 2016-cı ilin "daşınmaz əmlak kralları" (daşınmaz əmlakın kirayəsindən ən çox gəlir əldə edən) reytinqinə başçılıq edib. Beləliklə, "Kiyev meydanı" 2015-ci ildə əldəki nailiyyətini təkrarlayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
  • azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub
    Azərbaycan-Litva hökumətlərarası komissiyasının növbəti icla...
azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ