Azərbaycanlı iş adamlarından ibarət ixrac missiyası İsveçrəyə səfər edəcək

azerbaycanli is adamlarindan ibaret ixrac missiyasi isvecreye sefer edecek

Bu ilin iyunun 25-29-da İsveçrə Konfederasiyasının Bern şəhərinə Azərbaycanın ixrac missiyası təşkil ediləcək.

 

“APA-Economics”in məlumatına görə, bunu AZPROMO-nun sədrinin vəzifəsini icra edən Yusif Abdullayev bu gün AZPROMO-nun fəaliyyəti, “Made in Azerbaijan” brendinin təbliği sayəsində görülmüş işlər və qarşıda duran vəzifələrə dair keçirilən mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, bu ixrac missiyasında əsasən fındıq ixracatçıları iştirak edəcək: “Ötən il 21 min tona yaxın fındıq ixrac olunub və Azərbaycan fındıq ixracında dünyada üçüncü olub”.

 

Qeyd edək ki, bu il Çin, Qazaxıstan, Rusiya, Fransa, Monqolustan, Türkiyə, Almaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə də ixrac missiyaları təşkil olunacaq.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lerik sakini golde batib yenilenib
    Lerik sakini göldə batıb - YENİLƏNİB
  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267