Aztəminatlı ailələrə bizneslərini qurmaları üçün mal və materialların verilməsinə başlanılıb

Azərbaycan prezidenti İlham Əliyevin 2016-cı il 7 aprel tarixli sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması üçün onların mal və materiallarla təmin olunmasına başlanılıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, əmək bazarının inkişafı və hər bir əmək qabiliyyətli vətəndaşın səmərəli məşğulluğuna şərait yaradılması Azərbaycan prezidenti İlham Əliyevin ölkədə güclü iqtisadi potensiala və yüksək sosial standartlara malik cəmiyyətin qurulmasına yönələn sosial-iqtisadi siyasətinin strateji hədəfləri sırasında yer alıb. Bu siyasətin icrası olaraq, ölkədə iqtisadi şaxələndirmə şəraitində əmək tutumlu sahələrin yaradılması və çoxsaylı iş yerlərinin açılması əmək resurslarının səmərəli məşğulluğunun təminatında əhəmiyyətli rol oynayır. Dövlət başçısının “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamı isə dövlət məşğulluq siyasətində vətəndaşların özünüməşğulluğuna şərait yaradılmasını nəzərdə tutan yeni bir keyfiyyət mərhələsi açıb. Sərəncam aztəminatlı ailələrin məşğulluğuna və əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaradılmasına, gələcəkdə vergi və sosial sığorta ödəyicilərinin çoxalmasına, digər tərəfdən kiçik və orta sahibkarlığın inkişafına  geniş imkanlar yaradıb. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 6 milyon manat vəsait ayrılıb və ilk dəfə olaraq Azərbaycanda dövlət səviyyəsində özünüməşğulluq proqramının icrasına başlanılıb.

 

Proqram çərçivəsində aztəminatlı ailələrin özünüməşğulluğunun dəstəklənməsi istiqamətində ilk tədbir olaraq Tərtər, Hacıqabul və Laçın rayonları üzrə bir qrup işsiz və işaxtaran vətəndaşa mal və materiallar təqdim edilib.

 

Tərtər rayonunda mal və materialların təqdim olunması tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, millət vəkili Sahib Alıyev, Beynəlxalq Əmək Təşkilatının (BƏT) baş təlimçisi Azad Rəhimov,  Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

 

Tədbirdə BƏT-in Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Olqa Kulayevanın video müraciəti olub. Azərbaycanda aktiv əmək bazarı proqramlarının genişləndirilməsini yüksək dəyərləndirən O. Kulayeva ölkəmizdə özünüməşğulluq proqramının icrasının BƏT tərəfindən daim dəstəkləndiyini vurğulayıb. O, proqramın uğurlu nəticələr verəcəyinə, mal və materiallarla təmin olunan insanların fərdi təsərrüfatlarını inkişaf etdirərək gələcəkdə uğurlu  ailə bizneslərini quracaqlarına əminliyini ifadə edib.

 

Daha sonra digər çıxışlar olub. Bildirilib ki, prezident İlham Əliyevin 7 aprel 2016-cı il tarixli Sərəncamının icrası istiqamətində nazirliyin “İşaxtaran və işsiz vətəndaşların özünüməşğulluğunun təşkili Tələbləri” əsasında mərhələli şəkildə işlər aparılıb. İlk mərhələdə özünüməşğulluq proqramında iştirak etmək üçün müraciət edən, 2016-cı ilin 01 aprel tarixinədək məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyata alınmış və özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxslər seçilərək biznesin təşkili ilə bağlı iki aylıq təlim kurslarına cəlb ediliblər. Təlim kurslarında BƏT-in baş təlimçisinin iştirakı ilə hazırlanmış təlimçilər tərəfindən iştirakçılara biznes fəaliyyətinin təşkili ilə bağlı zəruri bilik və bacarıqlar öyrədilib.

 

İştirakçılardan 1789 nəfəri kursları uğurla başa vurub. Onların hazırladıqları biznes-planların qiymətləndirilməsi biznes ideyasının reallaşdırılmasına hazırlıq, peşəkarlıq və təcrübə, motivasiya meyarları əsasında, obyektiv və tam şəffaf şəraitdə keçirilib. Qiymətləndirmədə kursları bitirənlərdən 07 fevral 2017-ci il tarixə 80 faizinin biznes planları müsbət dəyərləndirilib. Uğurlu hesab edilən biznes-planların 83,6 faizi kənd təsərrüfatı, 9,4 faizi xidmət, 6,6 faizi istehsal, 0,4 faizi ticarət sahələrinə aiddir.

 

Artıq 10 rayon (Laçın, Tərtər, Hacıqabul, Ağcabədi, Beyləqan, Xocavənd, Ağsu, İsmayıllı, Qəbələ, Göyçay) üzrə ümumilikdə 126 nəfər iştirakçının biznes planlarının reallaşdırılması üçün tələb olunan aktivlərin alınaraq iştirakçılara təqdim olunması prosesinə başlanılıb. Həmin rayonlardan Laçın rayonu üzrə 12 nəfər, Tərtər rayonu üzrə 11 nəfər, Hacıqabul rayonu üzrə 8 nəfər, ümumilikdə 31 nəfər iştirakçıya biznes planlarına uyğun olaraq fərdi təsərrüfatlarının qurulması üçün mal və materiallar alınıb verilib. Bu proses ölkənin digər rayon və şəhərlərində də davam etdiriləcək.

 

Tədbirdə özünüməşğulluq proqramının iştirakçısı olan II qrup Qarabağ müharibəsi əlili Əli Əsədov bildirib ki, ailəsi 7 nəfərdən, o cümlədən 2 nəfər azyaşlı uşaqdan ibarətdir: “Cənab Prezidentin məlum Sərəncamı hər bir vətəndaşın rifah halının yaxşılaşdırılmasının ölkə rəhbərinin siyasətinin mərkəzində durduğunu bir daha təsdiq edir. Bu Sərəncam bizlərə ailə gəlirlərimizi artırmaq üçün güclü dəstəkdir. Çalışacağıq ki, bu imkandan maksimum faydalanaq, verilmiş mal və materiallardan səmərəli istifadə edək. Ailə bizneslərimizi qurmaq üçün  bizlərə belə bir imkan yaradıldığına görə möhtərəm Prezidentimizə təşəkkürümüzü bildirir və əmin edirəm ki, səy və zəhmətimizlə öz təsərrüfatlarımızı getdikcə genişləndirəcəyik”.

 

Tədbir iştirakçıları Tərtər rayonunun Seydimli kənd sakinləri Səbinə Məmmədovanın, Leyla Abdullayevanın, Qaradağlı kənd sakini Məmmədəli Məmmədovun, Təzəkənd kənd sakini Habil Zalovun özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar alınıb verilməklə yeni qurulmuş fərdi heyvandarlıq təsərrüfatları ilə tanış olublar.

 

S. Məmmədova, L. Abdullayeva və yeni fərdi təsərrüfata sahib olan digər iştirakçılar onların özünüməşğulluğunun təmin olunması, ailə gəlirlərinin artırılması, ümumən biznes imkanlarına malik olmaları üçün yaradılan şəraitə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

 

Proqram çərçivəsində növbəti tədbir Hacıqabul rayonunda keçirilib və rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun iştirakı ilə həmin rayonda özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin olunmuş  Qarabağ müharibəsi veteranı Akif Qədirovun, Fuad Mehdiyevin və Firuzə Nuriyevanın  fərdi təsərrüfatlarına ilə tanışlıq olub.

 

A.Qədirov 4 nəfərlik ailəsinin bu yeni təsərrüfatı inkişaf etdirmək üçün yaxşı imkanlarının olduğunu vurğulayıb: “Ailəmizin fermer təsərrüfatını qurmaq çoxdankı arzum idi, lakin bunun üçün ilkin vəsaitimiz yox idi. Özüm də rayon məşğulluq mərkəzində işaxtaran kimi qeydiyyatda idim. Özünüməşğulluq proqramı barədə öyrənəndən sonra həmin proqramda iştirak etmək üçün Məşğulluq Mərkəzinə müraciət etdim. Çox obyektiv və ədalətli şəkildə seçim edildi və mən iki aylıq kursa cəlb olundum. Fermer təsərrüfatı qurmaq və onu inkişaf etdirmək üçün bu kursda çox şey öyrəndim. İndi də, budur, artıq mənim ailəmin öz fərdi təsərrüfatı var. Belə böyük diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təşəkkür edirik. Bu dəstəyi layiqli şəkildə doğruldacağıq, təsərrüfatımızı inkişaf etdirməklə, ailə gəlirlərimizi daim artıracağıq”. 

 

F. Mehdiyev və F. Nuriyeva da onlara öz ailə təsərrüfatlarını qurmaları üçün geniş imkan yaradılmasına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar verilən mal və materiallar müqabilində uğurlu ailə biznesi quracaqlarına əmin olduqlarını vurğulayıblar.

 

Özünüməşğulluq proqramı çərçivəsində 1500 nəfərə yaxın işsiz və işaxtaran vətəndaşın ailə biznesinin qurulması yolu ilə aztəminatlı ailələrin əmək qabiliyyətli üzvlərinin özünüməşğulluğu təmin olunacaq. Həmin insanların ailə bizneslərini təşkil etdikdən sonrakı dövrdə də təsərrüfatlarını necə idarə etdikləri müşahidə altında saxlanılacaq. Müvafiq hallarda onlara öz təsərrüfatlarını inkişaf etdirmələri, uğurlu biznes qura bilmələri üçün lazımi məsləhətlər, tövsiyələr veriləcək, bunun üçün zəruri institusional işlər aparılacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanla monteneqro icazesiz yasayan sexslerin readmissiyasi haqqinda sazis imzalayib
    Azərbaycanla Monteneqro icazəsiz yaşayan şəxslərin readmissi...
  • naxcivanda komanda qerargah telimi kecirilir
    Naxçıvanda komanda-qərargah təlimi keçirilir
naxcivanda komanda qerargah telimi kecirilir naxcivanda komanda qerargah telimi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ