"Bakelektro"nun kreditor borcları 78 dəfə artıb

bakelektro nun kreditor borclari 78 defe artib

"Bakelektro" ASC 2016-cı ildə aktivlərini təxminən 2 dəfə artıraraq 17 mln. 694,424 min manata çatdırıb. "APA-Economics" şirkətin hesabatına istinadən xəbər verir ki, uzunmüddətli aktivlərin məbləği 5 mln. 293,723 min manat, qısamüddətli aktivlərin məbləği isə 12 mln. 400,701 min manat təşkil edib.

 

Cari ilin yanvarın 1-ə şirkətin 1 mln. 587,281 min manatlıq uzunmüddətli debitor borcları var.

 

Şirkətin cəmi öhdəlikləri 17 mln. 484,699 min manat təşkil edir. 2015-ci ilin yekunlarına əsasən, bu göstərici 8 mln. 429,240 min manat olub. Beləliklə, il ərzində şirkətin öhdəlikləri 2,1 dəfə artıb. Uzunmüddətli öhdəliklərin məbləği 13 mln. 531,988 min manat, qısamüddətli öhdəliklərin məbləği isə 3 mln. 952,711 min manatdır. Şirkətin qısamüddətli kredit borclarının məbləği il ərzində 78 dəfə artaraq 3 mln. 952,711 min manata çatıb.

ASC-nin nizamnamə kapitalı 7% azalaraq 61,608 min manata çatıb. Şirkətin məcmu kapitalı 209,725 min manatdır ki, bu da illik müqayisədə 35%-lik azalma deməkdir.

 

"Bakelektro" ötən ili 1 mln. 143,735 min manatlıq mənfəətlə başa vurub. Hər səhm üzrə mənfəət 371,294 min manat təşkil edib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:33 22 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gurcustanda azerbaycan sairlerinin poeziya numunelerinden ibaret teqvim nesr olunacaq
    Gürcüstanda Azərbaycan şairlərinin poeziya nümunələrindən ib...
  • gurcu sairinin azerbaycan diline tercume olunmus kitabinin teqdimati kecirilib
    Gürcü şairinin Azərbaycan dilinə tərcümə olunmuş kitabının t...
gurcu sairinin azerbaycan diline tercume olunmus kitabinin teqdimati kecirilib gurcu sairinin azerbaycan diline tercume olunmus kitabinin teqdimati kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8242
 
RR
0.0303
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ