Bakı qəsəbələrindən olan sahibkarlara 4 mln. manat güzəştli kredit verilib

baki qesebelerinden olan sahibkarlara 4 mln manat guzestli kredit verilib

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu gün bu istiqamətdə növbəti tədbir - sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirilib.

 

Forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir istixana kompleksinin, zeytunçuluq təsərrüfatının, badam bağının salınması, ət kəsimi və üzlük daşların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

 

SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fondun özəl bölmənin inkişafında, Bakı qəsəbələrində və regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1330-dan çox investisiya layihəsinin maliyyələşdirilməsinə 367 mln. manat güzəştli kredit verilib.

 

İşgüzar forumda isə Bakı qəsəbələrində fəaliyyət göstərən sahibkarlara 4 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, heyvandarlıq, müasir istixana kompleksinin yaradılması, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
17:16 21 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • masallida vaz asib surucu xesaret alib
    Masallıda "VAZ" aşıb, sürücü xəsarət alıb
  • fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3
    FHN Bakıda baş verən yanğınla bağlı məlumat yayıb - YENİLƏNİ...
fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 fhn bakida bas veren yanginla bagli melumat yayib yenilenib 3 +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ