Bakıda istehsal və emal sahələrinin inkişafında qablaşdırmanın rolu müzakirə olunub

bakida istehsal ve emal sahelerinin inkisafinda qablasdirmanin rolu muzakire olunub

Bu gün Bakıda "İstehsal və emal sahələrinin inkişafında qablaşdırmanın rolu" mövzusunda tədbir keçirilib.


"APA-Economics" xəbər verir ki, tədbir İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə qablaşdırma sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı ilə baş tutub.

 

Tədbirdə çıxış edən iqtisadiyyat naziri Şahin Mustafayev bildirib ki, bu yaxınlarda keçirilmiş "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın III ilinin yekunlarına həsr olunmuş konfransda prezident İlham Əliyev digər sahələrlə yanaşı, müasir standartlara cavab verən qablaşdırmanın təşkili və bu sahədə idxaldan asılılığın azaldılması barədə tapşırıqlar verib.

 

O xatırladıb ki, dövlət başçısı tərəfindən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin sayının azaldılması, sahibkarlara investisiya təşviqi sənədinin verilməsi, yerli istehsalın dəstəklənməsi və ixracın təşviqi sahəsində mühüm qərarlar qəbul edilib.

 

Ş. Mustafayev qablaşdırmanın təşkili, bu sahədə istehsalın artırılması və dövlət dəstəyi tədbirləri barədə məlumat verib: "Qablaşdırma sahəsində müəyyən uğurlarımız olsa da, bu sahənin genişləndirilməsi vacibdir. Qablaşdırma iqtisadiyyatın digər sahələri ilə sıx əlaqədə fəaliyyət göstərir və qablaşdırma sənayesinin məhsullarından digər sektorlarda geniş istifadə olunur. Hazırda plastik kütlədən tara materialları üzrə özünü təminat səviyyəmiz 63%, kağız və kartondan tara materialları üzrə 57%, butulkalar və digər şüşə taralar üzrə 33%-dir. Azərbaycanda sənaye və kənd təsərrüfatının inkişafı, istehsal və emal sahələrinin genişlənməsi, ixracı imkanlarının artması qablaşdırma sənayesinin genişləndirilməsini zəruri edir".

Nazir qeyd edib ki, qablaşdırma sahəsində fəaliyyət göstərən və ya yeni fəaliyyətə başlamaq istəyən sahibkarlar Sahibkarlığa Kömək Milli Fondunun güzəştli kreditlərindən, həmçinin investisiya təşviqi və digər dəstək mexanizmlərindən yararlana bilərlər: "Bugünkü tədbirin əsas məqsədi də qablaşdırma sahəsinin inkişafına dəstək vermək, yerli məhsulların tanıdılması və bu sahədə fəaliyyət göstərən istehsalçılarla istehlakçıların əlaqələrinin genişləndirilməsi, idxaldan asılılığın azaldılmasıdır. Tədbir çərçivəsində nümayiş olunan müasir qablaşdırma məhsulları bu sahədə sahibkarlar arasında əməkdaşlığı gücləndirməklə yanaşı, istehsal olunmuş məhsulların ixrac imkanlarının genişlənməsinə öz töhfəsini verəcək".


Tədbir çərçivəsində nazir ixracın inkişafına digər dəstək mexanizmləri barədə məlumat verib. O, ilk dəfə olaraq Belarusda yaradılmaqda olan Azərbaycan Ticarət Evinin layihə görüntüləri nümayiş olunub: "Belarusdakı Ticarət Evi iki ay müddətində fəaliyyətə başlayacaq. Belə evlər həmçinin, Rusiya və Ukraynada da yaradılacaq və bu Azərbaycanın ixrac imkanlarını daha da artıracaqdır".


Nazir bildirib ki, xarici ölkələrə ticarət missiyalarının təşkili də davam etdirilir. Artıq Çin, BƏƏ, Almaniya, Pakistan və Əfqanıstana Azərbaycanın ticarət missiyaları təşkil olunub: "Növbəti belə missiya Qətərə təşkil ediləcək. Bundan başqa, Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara 600 min manata yaxın vəsait geri ödənilib".

 

Sonra qablaşdırma sahəsində fəaliyyət göstərən müəssisələrin rəhbərləri tərəfindən təqdimatlar keçirilib. Sahibkarlar istehsal etdikləri qablaşdırma məhsulları barədə məlumat verib, müasir qablaşdırma istehsalının genişləndirilməsi tədbirlərinin davam etdiriləcəyini, yerli istehsalçıların tələbatına uyğun sifarişlərin həyata keçiriləcəyini və bu istiqamətdə sahibkarlar arasında əməkdaşlığın gücləndiriləcəyini bildiriblər, bu sahənin inkişafı ilə bağlı təkliflərini səsləndiriblər.

 

Şərab İstehsalçıları və İxracatçıları, Tikinti Materialları İstehsalçıları və Azərbaycan Arıçılar assosiasiyalarının rəhbərləri isə çıxışlarında ölkədə istehsal olunan məhsulların bazara çıxarılmasında, tanıdılmasında və ixracında keyfiyyət ilə yanaşı, müasir qablaşdırmanın önəmini vurğulayıblar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • fhn islam oyunlarina hazirliq meqsedi ile xususi taktiki telim kecirib
    FHN İslam Oyunlarına hazırlıq məqsədi ilə xüsusi taktiki təl...
  • azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub
    Azərbaycan-Litva hökumətlərarası komissiyasının növbəti icla...
azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub azerbaycan litva hokumetlerarasi komissiyasinin novbeti iclasinin vaxti melum olub +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ