Balakən Gömrük İdarəsinin rəhbərliyi yerli iş adamları ilə görüşüb

balaken gomruk idaresinin rehberliyi yerli is adamlari ile gorusub

Bu gün Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində yerli iş adamları ilə "Azərbaycan Respublikasında ixracın stimullaşdırılması" mövzusunda görüş keçirilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, İctimai Şuranın təşkil etdiyi görüşdə Balakən Gömrük İdarəsinin ərazisində fəaliyyət göstərən sahibkarlar, Balakən rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, İctimai Şura Dövlət Gömrük Komitəsi sədrinin "Gömrük xidməti ilə biznes subyektlərinin nümayəndələrindən ibarət ictimai şuraların yaradılması" haqqında sərəncamına əsasən təsis olunub.

 

Tədbirdə çıxış edən Balakən Gömrük İdarəsinin rəisi Vüqar Qismətov son illər Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən davamlı iqtisadi inkişaf strategiyasının nəticəsi olaraq iqtisadiyyatın şaxələndirilməsi, biznes subyektlərinə dövlət dəstəyinin artırılması, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldığını bildirib. Ölkəmizin gömrük orqanlarının da bu istiqamətdə bütün səyləri səfərbər etdiyini vurğulayan idarə rəisi, sahibkarlara münbit şəraitin yaradılması, idxal-ixrac əməliyyatlarının sürətli və asan şəkildə həyata keçirilməsi, xarici iqtisadi fəaliyyət iştirakçıları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi nəticəsində ölkəmizin ixrac potensialının artdığını diqqətə çatdırıb.

 

Görüşdə o da bildirilib ki, gömrük orqanları tərəfindən görülən tədbirlərin nəticəsi olaraq ötən il Balakən Gömrük İdarəsi vasitəsilə həyata keçirilən ixrac əməliyyatları çərçivəsində həm yüklərin çəkisi, həm də gömrük bəyannamələrinin sayında artım müşahidə olunub.

 

Görüşdə çıxış edən sahibkarlar gömrük orqanları tərəfindən tətbiq olunana yeniliklərin-"elektron bəyannamə", "Bir pəncərə", "Yaşıl Dəhliz" sistemlərinin gömrük əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, biznes subyektlərinə faydasından bəhs ediblər.

 

Daha sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib və sahibkarları maraqlandıran suallar cavablandırılıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
  • masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda bəzi evlərdə çökmə baş verib, bir neçə ailə evakua...
masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ