Baş nazirin müavini: "Süni qiymət artımı ilə daha çox qazanc əldə olunması yolverilməzdir"

Baş nazirin müavini Əli Əhmədov mətbuat nümayəndələrinin iştirakı ərzaq məhsullarının satışı ilə məşğul olan bir neçə mağazada monitorinq aparıb. "APA-Economics" xəbər verir ki, monitorinqin məqsədi ərzaq məhsullarının qiymətlərinin nəzərdən keçirilməsidir.

 

Baş nazirin müavini bildirib ki, hökumətin apardığı siyasətin ümdə vəzifələrindən biri ərzaq məhsullarının qiymətinin süni sürətdə artırılmaması üçün addımların atılmasıdır: "Biz bu gün ərzaq məhsullarının satışı ilə məşğul olan iki mağazada olduq. Məqsəd ondan ibarət idi ki, mətbuatda ərzaq məhsullarının qiymətinin artması ilə bağlı gedən söz-söhbətlərə aydınlıq gətirməkdir. Əhalinin keyfiyyətli və münasib qiymətli ərzaq məhsulları ilə təmin edilməsi, təchiz edilməsi hökumətin siyasətində ən əsas yerlərdən birini tutur. Mağazalarda gördüklərimiz və bizə verilən məlumatlar belə deməyə əsas verir ki, mətbuatda geniş müzakirələrin aparılmasına rəğmən ticarət mərkəzlərində qiymətlərin xüsusi hiss olunan və narahatlıq yarada biləcək dərəcədə artımı müşahidə olunmur. Hökumət qiymətlərin süni sürətdə artırılmasının qarşısını alır. Hesab edirəm ki, süni surətdə qiymət artımına yol vermək əhalinin ailə büdcəsinə mənfi təsir edir ki, bu da yolverilməzdir".

 

Ə. Əhmədov qeyd edib ki, ərzaq məhsulları arasında daxili istehsala əsaslananlar üstünlük təşkil etməyə başlayıb: "Bu, sevindirici haldır. Bu, o deməkdir ki, Azərbaycanın ərzaq bazarında idxaldan asılılıq əhəmiyyətli dərəcədə azalır. Azərbaycanın ərzaq məhsullarına olan ehtiyacın böyük hissəsi daxili istehsal hesabına ödənilir. Beləliklə, qiymətlərin artırılması üçün obyektiv əsas mövcud deyil. Manatın məzənnəsindəki məlum dəyişikliklər ölkə daxilində istehsal olunan malların qiymətlərinə təsir etməyəcək".

 

Onun sözlərinə görə, monitorinqin aparılması istehlakçılara və sahibkarlar üçün bir siqnal olacaq. "Təbii ki, sahibkarların daha çox qazanc əldə etmələrinə qarşı deyilik. Amma daha çox qazanc əldə etməyin başqa yolları var. Daha çox və aşağı qiymətə məhsul sataraq da yaxşı qazanc əldə etmək mümkündür. Bizim sahibkarlar bu biznes fəlsəfəsini nə qədər çox mənimsəsələr, bir o qədər məhsulların qiymətlərinin süni surətdə artırılması problemi öz həllini tapacaq", - deyə o bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ