"Caspian European Club" Samir Nuriyevin iştirakı ilə biznes forum keçirib

Bu gün Bakıda "Caspian European Club" ("Caspian Business Club") və "Caspian American Club" tərəfindən təşkil olunub və Azərbaycan prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) direktoru Samir Nuriyevin iştirak etdiyi biznes forumda güzəştli mənzillərin tikintisi ilə bağlı əsas suallar müzakirə edilib.

 

"APA-Economics" xəbər verir ki, biznes forumda çıxış edən S.Nuriyev MİDA-nın fəaliyyəti və həyata keçirilən layihələri barədə məlumat verib. Bununla yanaşı, görüşdə özəl sektorla əməkdaşlığın mümkün istiqamətləri, habelə “Caspian European Club” (Caspian Business Club) və “Caspian American Club”un üzvləri olan şirkətləri maraqlandıran digər suallar ətrafında müzakirə aparılıb.

 

Dövlət və sahibkarlar arasında səmərəli dialoqun qurulması üçün yaradılmış şəraitə görə klubun rəhbərliyinə minnətdarlığını bildirən Agentliyin direktoru hökumətin sosial siyasətinin reallaşdırılmasında özəl sektorun iştirakının əhəmiyyətini xüsusi vurğulayıb. Eyni zamanda, S.Nuriyev biznes forum iştirakçılarını “Azərbaycanda uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən güzəştli mənzil bazarının inkişaf prioritetləri haqqında da məlumatlandırdı. Azərbaycan prezidentinin 6 dekabr 2016-cı il tarixli müvafiq fərmanı ilə təsdiq edilən bu strateji sənədə istinad edən S.Nuriyev güzəştli mənzillərin tikintisi layihələrinin reallaşdırılmasının mümkün mexanizmləri və dövlət-özəl əməkdaşlıq modelləri barədə də danışıb.


"Caspian European Club"un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Caspian European Club-un (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi ilə yaradıldığını xatırladıb. "Caspian European Club"un (Caspian Business Club) sədrinin Azərbaycan prezidenti İlham Əliyev olduğu vurğulanıb. T.Əliyev qeyd edib ki, "Caspian American Club"un yaradılması təşəbbüsü də Azərbaycanın dövlət başçısına aiddir.

 

Onun sözlərinə görə, təsis olunduğu ilk gündən "Caspian European Club" (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən "Caspian European Club" (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.

 

Biznes-forumda şirkət rəhbərləri və səfirlər, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

 

Biznes forumda S.Nuriyevə "Caspian European Club" (Caspian Business Club) və "Caspian American Club"un fəxri üzvlük sertifikatı təqdim edilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ