Daha 71-i dövlət əmlakı özəlləşdirilir

daha 71 i dovlet emlaki ozellesdirilir

Cari ilin mart ayının 14-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı  növbəti hərrac keçiriləcək. Əmlak Məsələləri Dövlət Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hərraca ümumilikdə 71 dövlət əmlakı çıxarılıb. Hərraca çıxarılan əmlakların 27-si kiçik dövlət müəssisəsi, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi 20-si səhmdar cəmiyyətlər, 8-i isə nəqliyyat vasitəsidir.

 

Belə ki, bu tarixdə özəlləşdirilməyə çıxarılan kiçik dövlət müəssisə və obyektlərinin əksəriyyəti paytaxtda olmaqla yanaşı Lənkəran, Gəncə, Cəlilabad və digər bölgələrdə yerləşir. Lənkəran şəhərində hərraca çıxarılan anbarın ümumi faydalı sahəsi 263.9 kvadratmetr təşkil edir.

 

Budəfəki hərracda 20 səhmdar cəmiyyətinin nəzarət səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb. Özəlləşdiriləcək səhmdar cəmiyyətləri sənaye, tikinti, məişət, nəqliyyat, istehsal, inşaat və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Azərmetalinvest”, “Azərinterservis”, “Goranboy sənaye inşaat”, “Kürdəmir Kəndkimya Təchizat”, “Ləki Sinklənmiş qablar”, “Tərtər Konserv”, “Oğuz Kəndkimya” kimi səhmdar cəmiyyətlər var.

 

Hərraca çıxarılan qeyri-yaşayış obyektlərindən 14-ü paytaxtda, digərləri Gəncə və Mingəçevir rayonlarında yerləşir. Bu obyektlər içində yüksək start qiyməti ilə seçilən əmlak paytaxtın Səbail rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Əmlaka 400 min manat ilkin satış qiyməti təyin olunub. Yasamal rayonunda yerləşən qeyri-yaşayış obyekti 30 min manata, Mingəçevir şəhərində yerləşən oxşar obyekt isə 10 min manata təklif olunur.

 

Qeyd edək ki, hərraclarda iştirak etmək proseduru çox sadə və rahatdır. Bunun üçün özəlləşdirmə portalı olan www.privatization.az saytına daxil olub əmlakı seçib sifariş vermək və 10% behi ödəmək kifayətdir. Portala daxil olmaqla hərraca çıxarılan əmlakların ilkin satış qiyməti, işçilərin sayı, özəlləşdirilən torpaq sahəsi əmək kollektivinə güzəştli şərtlərlə satılmış hissə, 10% beh barədə geniş məlumatlarla tanış olmaq olar. Hərracda iştirak edən lakin qalib olmayan şəxslər 10 gün ərzində komitəyə müraciət etməklə ödənilən behi geri ala bilər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ