Deputat: “Bələdiyyələr sahibkarların fəaliyyətinə mane olur, əngəl yaradır”

deputat belediyyeler sahibkarlarin fealiyyetine mane olur engel yaradir

“Təəssüf ki, hər il hesabatlarını dinləsək də, bələdiyyələrin fəaliyyətlərinin gücləndirilməsi istiqamətində hökumətdən qanun layihələri parlamentə daxil olmur”. 

 

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev bildirib.
 

O qeyd edib ki, Azərbaycan prezidenti kiçik və orta sahibkarlığın inkişafına dəstək versə də, bələdiyyələr onların fəaliyyətinə mane olur, əngəl yaradır: “Sahibkar Bakı ətrafında mazutlu torpaq sahəsini icarəyə götürmək istəyir, bütün sənədlər hazır olanda, bələdiyyə sədri torpağın sonuncu auksion qiymətinə satılacağını deyir. Bələdiyyələr yerli icra hakimiyyətləri ilə birlikdə sövdələşməyə gedib sahibkarların marağına toxunurlar. Bələdiyyə sədrləri sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, lakin sonra o materialların pulu verilmir. Ədliyyə Nazirliyi bu qanunsuzluqların qarşısının alınmasında xüsusi rol oynamalıdır. Çox zaman icra hakimiyyətləri bu qanunsuzluqları bələdiyyələrin əli ilə gördürür”, - deyə deputat bildirib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • astarada narkotik vasitelerin satisi ile mesgul olan sexsler saxlanilib
    Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər...
  • agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib
    Ağdaşda tərəvəz sahəsində narkotik yetişdirən iki qardaş həb...
agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib agdasda terevez sahesinde narkotik yetisdiren iki qardas hebs edilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
2.0067
 
RR
0.0272