DGK gömrük rüsumundan yayınan sahibkarların adını açıqlayıb

dgk gomruk rusumundan yayinan sahibkarlarin adini aciqlayib

Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə  həyata keçirilməsi, beynəlxalq ticarət zəncirinin davamlığının təmin edilməsi istiqamətində mühüm addımlar atılır. Son illərdə Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən həyata keçirilən "Bir pəncərə", "Elektron bəyannamə", "Yaşıl dəhliz" və digər yeni tətbiqlərin idxal-ixrac əməliyyatlarının stimullaşdırılmasında  və bu sahədə şəffaflığın artırılmasındakı rolu danılmazdır. Lakin gömrük işinin təşkili sahəsində yaradılan münbit şəraitə baxmayaraq, hələ də bir sıra xarici iqtisadi fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır.

 

DGK-nin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, ölkəmizin gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir. Buna görə də dövlət büdcəsinə ödənəcək gömrük vergi və rüsumlarını ödəməkdən yayınmağa çalışan hüquqi və fiziki şəxslərə qarşı qətiyyətli tədbirlər görülür və görüləcək.

 

Sön dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra  invoyslar üzrə aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

 

  

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı

İnvoysda göstərilən qiymət

Real qiymət

Fərq

1

“İmperial Ceramic Centre” MMC

14545,14 avro

33400,32 avro

18855.18 AVRO

2

Mamedov Məmməd  Oktay oğlu

62196 ABŞ dolları

290830 AVRO

251642.89 ABŞ dolları

3

“Prestij-S.E” MMC

1792.80 ABŞ Dolları

14566 AZN

11139.77992 AZN

4

Seyidquliyev Rövşən Arif oğlu

26720 ABŞ dolları

 50050 ABŞ dolları

23330 ABş dolları

5

“Vitol-L Group” MMC

42000 ABŞ dolları

88200 ABŞ dolları

46200 ABŞ dolları

6

Abbasov Şənlik Fəxrəddin oğlu

25896 ABŞ dolları

55960 ABŞ dolları

30064 ABŞ dolları

7

“Avrosof” MMC

41890 ABŞ dolları

 75000 ABŞ dolları

33110 ABŞ dolları

 

8

 

LOTOS-2016 MMC”

 31375.4 AZN

60567.35 AZN

29191.95 AZN

 

 Cədvəldən də göründüyü kimi, ümumilikdə 384 min 346,89 ABŞ dolları, 18 min 855,18 avro və 40 min 331,72992 manat vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.

 

DGK bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə müxtəlif üsullarla dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən  yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı onların adları da mütəmadi olaraq  ictimaiyyətə açıqlanacaq.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:33 25 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • leyla eliyeva mdu nezdindeki asiya ve afrika olkeleri institutunda olub
    Leyla Əliyeva MDU nəzdindəki Asiya və Afrika Ölkələri İnstit...
  • erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler
    Ərdoğan: “Türkiyə Aİ-yə üzvlüklə bağlı mövqeyini dəyişə bilə...
erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler erdogan turkiye ai ye uzvlukle bagli movqeyini deyise biler +2
MƏZƏNNƏ
FOREX
/ 26 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ