Qida Təhlükəsizliyi Agentliyi ət satışı ilə məşğul olan sahibkarlara müraciət edib

Bu gün yeni iqtisadi şəraitdə müasir dövrün çağırışlarına uyğun olaraq Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivləri üzrə hazırlanmış Strateji Yol Xəritəsi, dövlət idarəçiliyində, iqtisadiyyatın bütün sahələrində böyük əzm və qətiyyətlə aparılan islahatlar, ölkəmizin nəhəng regional layihələrin həyata keçirilməsində artan rolu və qlobal miqyaslı təşəbbüsləri dayanıqlı inkişafı təmin etməklə qeyri-neft sektorunun, sənayenin, kənd təsərrüfatının yüksəlişinə, sahibkarlığın inkişafına şərait yaratmaqdadır.

 

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, həyata keçirilən islahatların tərkib hissəsi kimi “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi” hazırlanmış və bu məqsədlə, ölkə Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradılmışdır. Agentliyin yaradılmasında məqsəd, ölkəmizdə qida təhlükəsizliyinə nəzarət sahəsində dövlət idarəçiliyinin təkminləşdirilməsi və bu sahədə çalışan müxtəlif qurumların fəaliyyətindəki paralelliyin aradan qaldırılması, effektiv tənzimləmə sisteminin qurulmasıdır.

 

 

Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində iştirak edən hər bir sahibkarlıq subyektinin qida təhlükəsizliyinin təmin olunması proseslərində iştirakına yüksək qiymət verir. Heyvan mənşəli qida məhsulları və onların istifadəsi qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir.

 

“Ona görə də, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında ət kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün ət kəsimi məntəqələrinin əhalinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik normalara uyğun formada fəaliyyətini həyata keçirməsi zərurəti meydana çıxır. Hazırkı şəraitdə bu sahədə intizamın yaradılması üçün sanitar gigiyenik tələblərə cavab verən mərkəzləşmiş ət kəsimi məntəqələrinin yaradılmasına ehtiyac var. Hesab edirik ki, əhalinin sağlam ət və ət məhsulları ilə təmin olunmasında nəticə əldə etmək üçün bu istiqamətində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sahənin inkişafına öz töhfələrini verməsinin əsl vaxtıdır. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektləri üçün lazım olan bütün köməkliklər həyata keçiriləcək. Ət məhsulları sahəsində sağlam mühitin formalaşdırılması üçün heyvan kəsimi standartlara uyğun şəkildə həyata keçiriləcək və yalnız müəyyən laborator müayinələrdən sonra həmin məhsulların istehlakçılara çatdırılması təmin olunacaq”, - deyə agentliyin yaydığı məlumatda bildirilir.

 

Agentlik yeni ət kəsim məntəqələrinin yaradılması və həmin kəsim məntəqələrinin xidmətlərindən istifadə olunması sahəsində hər kəsi müasir, günün tələblərinə cavab verən sahibkarlıq fəaliyyətinə dəvət edir, bu istiqamətdə tövsiyə xarakterli yardımların göstərilməsinə hazır olduğunu bildirir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:01 20 İyun
15:50 19 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lerik sakini golde batib yenilenib
    Lerik sakini göldə batıb - YENİLƏNİB
  • turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib
    Türkiyə Ombudsmanı: "Ölkəmizdə doğulan suriyalı qaçqınların ...
turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib turkiye ombudsmani olkemizde dogulan suriyali qacqinlarin sayi 276 mine catib +2
MƏZƏNNƏ
FOREX
/ 20 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267