Daşınmaz Əmlakın Dövlət Reyestrindən evlərə verilən arayışın forması dəyişib

dasinmaz emlakin dovlet reyestrinden evlere verilen arayisin formasi deyisib

Daşınmaz Əmlakın Dövlət Reyestrindən fərdi yaşayış və bağ evlərinə verilən arayışın forması dəyişib. 

 
APA-nın məlumatına görə, indiyə qədər fərdi yaşayış və bağ evinə daşınmaz əmlakın dövlət reyestrindən arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində fərdi yaşayış və bağ evinin tikintiyə icazə sənədləri və ya tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi üzrə nəzərdə tutulan göstəriciləri - liter, mərtəbəliliyi, yaşayış otaqlarının sayı - literlər üzrə fərdi yaşayış və bağ evindəki otaqların sayı, yaşayış sahəsi (kv.m) - literlər üzrə fərdi yaşayış və bağ evinin yaşayış sahəsi, yardımçı sahə - fərdi yaşayış və bağ evinin yardımçı sahəsi, ümumi sahə (kv.m) - literlər üzrə fərdi yaşayış və bağ evinin ümumi sahəsi göstərilib. 
 

Dəyişikliyə əsasən, bundan sonra tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi üzrə deyil, yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri üzrə göstəricilər arayışın “Daşınmaz əmlakın təsviri” bölməsində əksini tapacaq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • kamal abdullanin yarimciq elyazma eseri gurcu diline tercume olunub
    Kamal Abdullanın “Yarımçıq əlyazma” əsəri gürcü dilinə tərcü...
  • socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur
    SOCAR: Dənizdə gözlənilən fırtına ilə bağlı lazımı tədbirlər...
socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur socar denizde gozlenilen firtina ile bagli lazimi tedbirler gorulur +2
MƏZƏNNƏ
FOREX
/ 31 Mart, 2017

USD
1.7238
 
EUR
1.8536
 
RR
0.0304
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ