Gələn ay 88 dövlət əmlakı hərraca çıxarılacaq

gelen ay 88 dovlet emlaki herraca cixarilacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 iyunda yeni hərrac keçiriləcək. Komitədən "APA-Economics"ə verilən məlumata görə, hərraca ümumilikdə 88 əmlak çıxarılıb. Bunlardan 20-si səhmdar cəmiyyəti, 40-ı kiçik dövlət müəssisə və obyekti, 28-i istifadəsiz qeyri-yaşayış sahəsidir.


Hərraca çıxarılan əmlaklarla daha yaxından tanış olmaq üçün müvafiq linkdən istifadə etmək kifayətdir.

 

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye və digər sahələrə aiddir. Bu əmlaklardan bəziləri paytaxtın Xəzər, Sabunçu, Səbail rayonlarında, qalanları isə Qazax, Tovuz, Gəncə, Şəmkir, Masallı və digər bölgələrdə yerləşir. Kiçik dövlət müəssisələrinin əksəriyyəti torpaq sahəsi ilə birgə özəlləşdirilməyə çıxarılıb. Hərracda yüksək start qiyməti ilə seçilən əmlak İmişli rayonunda yerləşən yardımçı təsərrüfatdır. Adı çəkilən əmlak 450 min manata təklif olunur. Bu əmlakın ümumi faydalı sahəsi 533 kvadratmetr, torpaq sahəsi isə 190 min kvadratmetrə yaxındır. Bundan başqa Şəmkir yun tədarükü məntəqəsi də torpaq sahəsi və ilkin start qiymətinə görə fərqlənir. Belə ki, 63 min kvadratmetrə yaxın olan əmlakın ilkin start qiyməti 350 min manatdır.

İstifadəsiz qeyri-yaşayış sahələrinin isə 23-ü Bakıda, 1-i Kürdəmirdə, 3-ü Gəncədə, 1-i Ağstafada yerləşir. Bu kateqoriyaya aid edilən əmlakların ümumi faydalı sahəsi 17 kvadratmetrlə 242 kvadratmetr arasında dəyişir.

 

Budəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri sənaye, aqrar, nəqliyyat, məişət, inşaat, istehsal, təmir və s. sahələrə aiddir. Hərraca çıxarılan iri müəssisələr sırasında "Azinterservis", "Oğuz Kəndkimya", "Kürdəmir Quşçuluq", "Tərtər Konserv" kimi müəssisələr var.

Hərrac özündə şəffaflıq, rahatlıq, operativlik kimi prinsipləri cəmləşdirir. Belə ki,  istənilən şəxsin prosesdə iştirak etməsi şəffaflığı, iştirak etmək üçün prosesin olduqca az olması rahatlığı, qalib olan şəxsə əmlakları ilə bağlı çıxarışın verilməsi isə operativliyi təmin edir.

Xatırladaq ki, vətəndaşların və potensial investorların hərracda əmlaka yiyələnməsi üçün cəmi 2 sadə prosedur kifayət edir. Bunun üçün www.privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:41 24 İyul
04:47 24 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside azerbaycanli muelliflerin kitablarinin teqdimati olub
    Tbilisidə azərbaycanlı müəlliflərin kitablarının təqdimatı o...
  • berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi
    Bərdədə arvadını öldürərək intihar edən şəxs psixi xəstəlikd...
berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi berdede arvadini oldurerek intihar eden sexs psixi xestelikden eziyyet cekirmis resmi +2
MƏZƏNNƏ
FOREX
/ 24 İyul, 2017

USD
1.7012
 
EUR
1.9856
 
RR
0.0286
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ