İdxal-ixrac əməliyyatlarında risklərin idarə olunması sistemi yaradılacaq

idxal ixrac emeliyyatlarinda risklerin idare olunmasi sistemi yaradilacaq

Bu il dekabrın 1-dək Azərbaycanda idxal-ixrac əməliyyatlarında xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risklərin idarə olunması sistemi təşkil ediləcək.

 

APA-nın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nında əksini tapıb.

 

Tədbirlər Planına əsasən bu sahədə icraçı orqanlar qismində Dövlət Gömrük KomitəsiVergilər Nazirliyi müəyyənləşib. Beləliklə, dekabrın 1-lək gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcıları və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsi,  aşağı risk qrupunda olan xarici ticarət fəaliyyətinin iştirakçıları üçün gömrük və vergi orqanlarının sadələşdirilmiş gömrük prosedurları müəyyən etməsi, idxal-ixrac əməliyyatları zamanı riskli xarici iqtisadi fəaliyyət iştirakçılarının yüklərinin rəsmiləşdirilməsinə gömrük və vergi orqanları əməkdaşlarının birgə baxışının və nəzarətinin təşkili, son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara birgə nəzarət prosedurunun müəyyən edilməsi təmin olunacaq. Eyni zamanda ölkə ərazisinə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş malları sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin anbarlarına daşıyıcının çatdırması prosesinə nəzarət prosedurlarının müəyyən edilməsi, idxal olunan malların gömrük rəsmiləşdirilməsi zamanı gömrük dəyərinin müəyyən edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, fiziki şəxslərin malları güzəştli qaydada gömrük sərhədindən keçirməsinə nəzarətin təkmilləşdirilməsi həyata keçiriləcək.

 

Bu məqsədlə aidiyyəti normativ hüquqi aktlarda dəyişikliklər, habelə “İdxal-ixrac əməliyyatları üzrə büdcə gəlirlərini təmin edən qurumların birgə nəzarətinin həyata keçirilməsi Qaydaları”nın hazırlanaraq Azərbaycan prezidentinə təqdim ediləcək.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

13:43 15 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qerb bolgesine yagan yagis fesadlar yaradib
    Qərb bölgəsinə yağan yağış fəsadlar yaradıb
  • dunya kuboku fransa milli komandasina teqdim edilib
    Dünya kuboku Fransa milli komandasına təqdim edilib
dunya kuboku fransa milli komandasina teqdim edilib dunya kuboku fransa milli komandasina teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 16 İyul, 2018

USD
1.7
 
EUR
1.9817
 
RR
0.0273