İndiyədək qaçqın və məcburi köçkünlərə verilən kreditlərin məbləği açıqlanıb

indiyedek qacqin ve mecburi kockunlere verilen kreditlerin meblegi aciqlanib

"Məcburi köçkünlərin müvəqqəti sıx məskunlaşdığı obyektlərdə infrastrukturun yaxşılaşdırılması məqsədilə Dünya Bankı və Azərbaycan hökuməti arasında bağlanmış kredit sazişi üzrə 610 min nəfərin faydalandığı və dəyəri 85,6 milyon manat təşkil edən 910 mikrolayihə icra edilib. Həmçinin 11 min məcburi köçkünə 7,7 milyon manat məbləğində mikrokredit verilib".


"APA-Economics" xəbər verir ki, bu barədə baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, YAP sədrinin müavini Əli Həsənov "Azərbaycan" qəzetində dərc olunmuş məqaləsində yazıb.


Baş nazirin müavini qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə son 13 ildə 2 mindən çox məcburi köçkün sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 40 milyon manat güzəştli kredit verilib, xeyli əlavə iş yerləri yaradılıb.


Bundan başqa, Ə.Həsənov qeyd edib ki, 2016-cı ildən Dünya Bankının və Azərbaycan hökumətinin birgə maliyyə vəsaiti hesabına ümumi dəyəri 79,3 milyon ABŞ dolları olan “Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi” layihəsi icra edilməkdədir: "Layihənin “Gəlir İmkanlarının Dəstəklənməsi” (13,2 milyon ABŞ dolları) komponenti çərçivəsində gəlir gətirən fəaliyyət növləri üzrə ümumilikdə 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkün icmalarının kollektiv sahib çıxdığı və idarə etdiyi 262 kiçik müəssisə (2972 nəfər məcburi köçkün yararlanır) yaradılıb, həmçinin gənclərin təlimi və biznesin inkişafı istiqamətində 1650 gəncə seçdiyi peşə ixtisası üzrə təlimlər keçirilib".

 

Bununla yanaşı, qeyd olunan komponent çərçivəsində məcburi köçkün icmalarına 2016-cı il ərzində sahibkarlıq fəaliyyətinə başlamaq üçün 2,6 milyon manat məbləğində qrantlar verilib. "Eyni zamanda mikrokredit alt-komponenti çərçivəsində 1900 nəfərdən artıq məcburi köçkünə ümumi məbləği 2,3 milyon manat olan mikrokreditlər, eləcə də 1624 gəncə sahibkarlıq fəaliyyətinə başlamaq üçün 1,3 milyon manat məbləğində alət-avadanlıq qrantları verilib", - deyə o bildirib.

 

Azərbaycan hökuməti ilə Dünya Bankı arasında bağlanmış Kredit Sazişinə əsasən, həyata keçirilən "Məcburi Köçkünlərin Yaşayış Şəraiti və Gəlir İmkanlarının Dəstəklənməsi" Layihəsi üzrə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən 8 milyon manat vəsait hesabına 32 min nəfərin faydalandığı 63 icma mikrolayihəsi icra edilib, məcburi köçkünlərin sıx məskunlaşdığı 23 obyektdə əsaslı təmir işləri həyata keçirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
  • masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub
    Masallıda bəzi evlərdə çökmə baş verib, bir neçə ailə evakua...
masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub masallida bezi evlerde cokme bas verib bir nece aile evakuasiya olunub +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ