İran Azərbaycanda Ticarət Mərkəzi açacaq

iran azerbaycanda ticaret merkezi acacaq

"Azərbaycan və İran arasında əlaqələr strateji səviyyədədir". Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın sənət, mədən və ticarət nazirinin müavini və Ticarətin İnkişafı Təşkilatının sədri Müctəba Xosrovtac deyib.


Onun sözlərinə görə, tərəflərin əsas məqsədi iqtisadi əlaqələrin qurulmasının asanlaşdırılmasıdır: "İran Azərbaycanla əlaqələrini inkişaf etdirmək üçün ciddi səylər göstərir. Ölkələrimiz arasında əlaqələr strateji səviyyədədir. Hökumətlərarası Komissiya qarşıya qoyulan hədəflərə çatmaq üçün lazımi addımlar atır. Bilirsiniz ki, İrana qarşı sanksiyalar tətbiq olunmazdan öncə iş adamlarımız Azərbaycanın sənaye və istehsal sahələrinə ciddi yatırımlar etdi. Lakin sanksiyalar ucbatından iş adamlarımız ciddi problemlərlə üzləşdi və biznesini inkişaf etdirə bilmədi. İndi isə yeni şərtlər əsasında əməkdaşlıq etməyə başlamışıq. Yatırım üçün yaxşı şərait mövcuddur və biz bunda qərarlıyıq".

 

Yeri gəlmişkən, APA-nın Tehran bürosunun əldə etdiyi məlumata görə, İranın Ticarətin İnkişafı Təşkilatı altı ölkədə Ticarət Mərkəzi açmağı planlaşdırır ki, bu ölkələr arasında Azərbaycanda var. Bildirilir ki, Azərbaycan-İran Ticarət Mərkəzi özəl sektoru dəstəkləməyi qarşısına hədəf qoyub.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan seudiyye erebistani qeter ve kuveyte sefer edecek
    Ərdoğan Səudiyyə Ərəbistanı, Qətər və Küveytə səfər edəcək...
  • masallida vaz asib surucu xesaret alib
    Masallıda "VAZ" aşıb, sürücü xəsarət alıb
masallida vaz asib surucu xesaret alib masallida vaz asib surucu xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ