İranın Məşhəd şəhərində azərbaycanlı sahibkarlara hotel tikmək üçün güzəştlər təklif edilir

iranin meshed seherinde azerbaycanli sahibkarlara hotel tikmek ucun guzestler teklif edilir

İranın Məşhəd şəhərində azərbaycanlı sahibkarlara hotel tikmək üçün güzəştlər təklif edilir.

 

Bunu APA-nın Tehran bürosuna açıqlamasında İranın Məşhəd şəhər bələdiyyəsinin iqtisadi məsələlər üzrə müavini və investisiya və əməkdaşlıq departamentinin rəhbəri Məhəmmədrza Məzci deyib. O deyib ki, Məşhəd şəhərinin icra orqanı bu müqəddəs şəhərdə hotel tikmək istəyən azərbaycanlı iş adamlarına xüsusi güzəştlər təklif edir: “Onlara torpaq sahəsi ayrılacaq və tikinti üçün icazə veriləcək”.

 

M.Məzci deyib ki, azərbaycanlı iş adamları bu təklifdən yararlanaraq Azərbaycandan Məşhəd şəhərinə ziyarətə gələn zəvvarların rifahını təmin etmək və onlara xidmətin daha yüksək səviyyədə göstərilməsini təmin edə bilər: “Azərbaycanlı iş adamlarına torpaq sahəsinin ayrılması, tikinti icazəsi, Məşhəd şəhər icra hakimiyyətinin hotel tikintisi aparan iş adamları ilə şərik olması və digər bu kimi güzəştlər olacaq. Belə olduğu halda  tikinti aparmaq istəyən iş adamları yalnız tikintiyə vaxt ayıracaq. İcazə və torpaq üçün vaxt itirməyəcək.”

 

Bundan əlavə, azərbaycanlı sahibkarlar icra orqanı ilə şərik ola bilər və iş adamı icra orqanının payını istəsə, bu pay sonradan ona satıla bilər.

 

M.Məzci Naxçıvan-Məşhəd dəmir yolunun əhəmiyyətindən də danışıb. Onun fikrincə, dəmir yollarının birləşdirilməsi Azərbaycan və İranın xeyrinə olacaq: “Ötən illərin təcrübəsi göstərib ki, Məşhəddə davamlı və inkişaf etməkdə olan iqtisadi potensial var. Bu proses getdikcə artmaqdadır. Əlbəttə, Məşhəd şəhəri də bu əlaqələrdə mənfəət qazanacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:17 22 Mart
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • lenkeranda silah sursat tapilib
    Lənkəranda silah-sursat tapılıb
  • gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler
    Gürcüstanda azərbaycanlı tələbələr dövlət strukturlarında tə...
gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler gurcustanda azerbaycanli telebeler dovlet strukturlarinda tecrube kececekler +2
MƏZƏNNƏ
FOREX
/ 24 Mart, 2017

USD
1.7202
 
EUR
1.8529
 
RR
0.0298
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ